Məzmuna keç

"Michelin" ulduzu

Vikipediya, azad ensiklopediya

Mişelin ulduzu (fr. Guide Michelin) və ya Michelin Red Guide)— restoranların kulinariya keyfiyyətini qiymətləndirmək üçün istifadə olunan beynəlxalq reytinq sistemidir.[1]

Michelin ulduzu restoranlara anonim inspektorlar tərəfindən verilən qiymətləndirmədir. Sistem yalnız yeməyin keyfiyyətinə əsaslanır və xidmət, interyer və ya restoranın populyarlığı kimi amillər əsas meyar sayılmır. Qiymətləndirmə nəticəsində restoranlar bir, iki və ya üç ulduzla təltif edilir. Michelin 1926-cı ildən etibarən restoranlara ulduzlarla mükafat verməyə başladı. Başlanğıcda yalnız bir ulduz verilirdi. Lakin, 1931-ci ildə sıfır, bir, iki və üç ulduzdan ibarət iyerarxiya tətbiq olundu. 1936-cı ildə isə, restoranların qiymətləndirilməsində istifadə olunan reytinq meyarları dərc olundu:[2]

  • Bir ulduz: Yüksək keyfiyyətli mətbəxə malik restoran
  • İki ulduz: Yemək üçün istiqamət dəyişməyə dəyər restoran
  • Üç ulduz: Yalnız həmin restoran üçün səfər etməyə dəyər yüksək səviyyəli kulinariya məkanı
  1. ↑ "The History of the Michelin Guide". Michelin.com (ingilis).
  2. ↑ "Michelin Guide history: How did a tire company become an elite restaurant rating guide?". Cnn.com (ingilis). 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2026.