Məzmuna keç

Çester Artur

Vikipediya, azad ensiklopediya
Çester Artur
ing. Chester A. Arthur
19 sentyabr 1881 – 4 mart 1885
ƏvvəlkiCeyms Qarfild
SonrakıQrover Klivlend
4 mart 1881 – 19 sentyabr 1881
ƏvvəlkiVilyam Viler
SonrakıTomas Hendriks
Şəxsi məlumatlar
Doğum adı Chester Alan Arthur
Doğum tarixi 5 oktyabr 1829(1829-10-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1886(1886-11-18)[1][2][…] (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult[3]
Dəfn yeri
  • Olbani-Rural qəbiristanlığı[d]
Partiya
Təhsili
  • Union Kolleci[d] (1848)
Fəaliyyəti zabit, vəkil, dövlət xadimi, maarifçi
Həyat yoldaşı
Dini episkopal kilsə[d]
Hərbi xidmət
Döyüşlər
Rütbəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çester Alan Artur (ing. Chester Alan Arthur; 5 oktyabr 1829[1][2][…], Vermont – 18 noyabr 1886[1][2][…], Nyu-York) — Amerika dövlət xadimi, hüquqşünas. Amerika Birləşmiş Ştatlarının 21-ci prezidenti (1881–1885) və 20-ci vitse-prezidenti.

1881-ci il sentyabrın 19-da prezident Ceyms Qarfildin qətlindən sonra həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Çester Artur prezident vəzifələrinin icrasına başlamış və sentyabrın 22-də konstitusiyaya sədaqət andı içmişdir.

Dövlət vəzifələrinin hakim partiyanın nümayəndələri arasında bölüşdürülməsi qaydasını ləğv edərək 1883-cü ildə dövlət qulluğu haqqında qanun qəbul etmişdir. Qanuna əsasən ABŞ dövlət aparatında vəzifəyə təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başlandı.