Məzmuna keç

Anar Qədirli

Vikipediya, azad ensiklopediya
Anar Qədirli
Doğum tarixi 14 fevral 1967(1967-02-14) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı

Anar Ələsgər oğlu Qədirli (14 fevral 1967, Bakı) — jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, "Strateji Kommunikasiyalar Mərkəzi" ictimai birliyinin rəhbəri.

Həyatı və təhsili

[redaktə | vikimətni redaktə et]

14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974–1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür.

Əmək fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1992–1993-cü illərdə "Xəbər Servis" Müstəqil informasiya Agentliyinin baş redaktoru

1993–1995-ci illərdə "Los Angeles Times" qəzetinin regional müxbiri[1]

1993–1996-cı illərdə "ANS" teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru

1996–1997-ci illərdə "Trend" jurnalında baş redaktorun müavini

1997–1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant

1999–2005-ci illərdə "Proqnoz" Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini

2006–2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri

2015–2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri[2].

Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[3].

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.

  1. ↑ Гость сайта — пресс-секретарь Министерства здравоохранения Азербайджанской Республики Анар Гадирли.
  2. ↑ "A.Qədirli Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsininin müdiri vəzifəsinə təyin edilidi". 26 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2018.
  3. ↑ "AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ İŞÇİLƏRİNİN "TƏRƏQQİ" MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 26 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2018.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]