Aqostinyo Neto
| Aqostinyo Neto | |
|---|---|
| Antonio Aqostinho Neto | |
| Aqostinyo Neto 1975-ci il | |
| Doğum adı | António Agostinho Neto |
| Doğum tarixi | |
| Doğum yeri |
Kakikan Luanda əyaləti Anqola |
| Vəfat tarixi | |
| Vəfat yeri |
Moskva |
| Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[1] |
| Dəfn yeri | |
| Təhsili | Coimbra Universiteti |
| İxtisası | həkim |
| Fəaliyyəti | siyasətçi, şair, həkim-yazıçı, siyasi məhbus, yazıçı |
| Əsərlərinin dili | Portuqal dili |
| Mükafatları | "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1977) |
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[2][3][…] – 10 sentyabr 1979[3][4][…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.
Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.
Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-yə gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.
11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökumətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.
Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Aqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.
Kitabları
[redaktə | vikimətni redaktə et]Mükafatları
[redaktə | vikimətni redaktə et]Ölümü
[redaktə | vikimətni redaktə et]Antonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Anqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://elpais.com/diario/1979/09/12/portada/305935202_850215.html.
- ↑ António Agostinho Neto // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
- 1 2 Bibliothèque nationale de France Agostinho Neto // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Antonio Agostinho Neto // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ "Elektron Kataloq:Sıra:59720". kitab.az (az.). kitab.icando.ws. 2002–2004. 14 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2014.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.200
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Neto, Agostinho. The Columbia Encyclopedia, 6th ed.
- 17 sentyabrda doğulanlar
- 1922-ci ildə doğulanlar
- 56 yaşında vəfat edənlər
- 11 sentyabrda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Anqolada dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- 10 sentyabrda vəfat edənlər
- Moskvada vəfat edənlər
- Marksistlər
- Anqola şairləri
- Anqola yazıçıları
- Anqola prezidentləri
- Anqola inqilabçıları
- Anqola kommunistləri
- Anqolada doğulanlar
- Luandada dəfn olunanlar
- "Lenin" ordeni ilə təltif edilənlər
- XX əsr siyasətçiləri
- Siyasi məhbuslar