Məzmuna keç

Bruney

Vikipediya, azad ensiklopediya
Bruney Darussalam Dövləti
Negara Brunei Darussalam
Country of Brunei Darussalam
  • A kingdom of unexpected treasures
Tarixi
  Müstəqillik elan olunub 1 yanvar 1984
Rəsmi dili Malay, İngilis
Paytaxt Bandar Səri Bəgavan
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması miraslı tamamilə teokratik monarxiya
Sultan Həssənal Bolkiah [4.X.1967~ ]
Vəliəht Şahzadə Əl-Möhtədi Billah (Bruney)
Sahəsi Dünyada 172-ci
  Ümumi 5765 km²
  Su sahəsi (%) 8,6
Əhalisi
  Əhali (İyul 2015 təxmini) 417 200 nəfər (175-ci)
  Siyahıyaalma (1.IV.2011) 393 372 nəfər nəf.
  Sıxlıq 72.11 nəf./km² (134-cü)
ÜDM (AQP)
  Ümumi (2016 təxmini) 33,376 milyard dollar  (116-cı)
  Adambaşına 80,000 dollar  (5-ci)
ÜDM (nominal)
  Ümumi (2015 təxmini) 13,002 milyard dollar  (111-ci)
  Adambaşına 30,933 dollar  (25-ci)
İİİ (2014) 0.856
Valyuta Bruney dolları (BND)
İnternet domeni .bn
ISO kodu BN
Telefon kodu 673
Saat qurşaqları Brunei Darussalam Time
Nəqliyyatın yönü sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bruney
Sultan Ömər Əli Səyfəddin məscidi, Bandar Seri Begavan, Bruney, 2007.

Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalamİngilis: Country of Brunei Darussalam) — Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min km². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyinə daxildir. Ölkənin gəlir mənbələrinin əsasını təbii qazneft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Həssənal Bolkiahdır.

Bruney Kalimantan adasında yerləşir. Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur, il ərzində temperatur az tərəddüd edir, 24°-31°C arasında dəyişir.

Əhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.

Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.

Rəsmi dil - Malay, danışıq dili kimi ingilisÇin dilləri.

Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).

Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.

Rəsmi din - İslamdır - əhalinin 67%-i, 13% - Buddist, 10% - xristianlar (əsasən protestantkatolik), 10% - digər dinlər (əsasən yerli inanclar).

1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiyası") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əlaqədar olaraq

Silahlı qüvvələri

[redaktə | vikimətni redaktə et]

Bruney kral silahlı qüvvələri ibarətdir:

Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.

Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.

Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.

Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini mühafizə etmək vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.

  • İsmayılov R. İ., Axundova N. Ç. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000-ci illər). I kitab. Bakı: “Çaşıoğlu” Eİ-MMC. 2001. s. 252-254.