Choke Me
| "Choke Me" | |
|---|---|
| Aleksandra Kapitanesku tərəfindən ifa olunmuş mahnı | |
| Yayımlanıb | 13 fevral 2026 |
| Janr | ənənəvi hevi-metal[d], nyu-metal |
| Dil | ingilis dili |
| Müddət | 178 san |
"Choke Me" (hərf. "Məni boğ") — Rumıniya müğənnisi Aleksandra Kepiteneskunun ifa etdiyi mahnı. Kompozisiya "Selecția națională 2026" adlı milli finalda qələbə qazandıqdan sonra 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmiş və müsabiqədə 3-cü yeri tutmuşdur.[1]
Avroviziya Mahnı Müsabiqəsi 2026
[redaktə | vikimətni redaktə et]Selecția națională
[redaktə | vikimətni redaktə et]13 fevral 2026-cı il tarixində Aleksandra Kepiteneskunun "Choke Me" mahnısı ilə Rumıniyanın "Selecția națională" adlı milli seçimlərinin finalçısı olduğu elan edilmişdir. Mahnı elə həmin gün ictimaiyyətə təqdim olunmuşdur.[2] 2 mart tarixində çıxış ardıcıllığı yayımlanmış və ifaçının on iki iştirakçı arasında on birinci sırada səhnəyə çıxacağı məlum olmuşdur.[3] 4 mart 2026-cı il tarixində baş tutan milli seçim turlarında ifaçı qələbə qazanmışdır.[4]
Avroviziyada
[redaktə | vikimətni redaktə et]2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində yerləşən "Wiener Stadthalle" idman-konsert kompleksində keçirilmişdir. Müsabiqə 12 və 14 may tarixlərində baş tutan iki yarımfinaldan və 16 may 2026-cı il tarixində reallaşan final mərhələsindən ibarət olmuşdur.[5] 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Rumıniyanın ikinci yarımfinalın birinci hissəsində çıxış etməsi müəyyənləşdirilmişdir.[6]
Mübahisələr
[redaktə | vikimətni redaktə et]Mahnı öz adı və mövzusu səbəbindən geniş mübahisələrə yol açmışdır. Kompozisiya boyu otuz dəfə təkrarlanan "Choke Me" ifadəsi boğulma və cinsi zorakılıq hallarını cəlbedici şəkildə təqdim etdiyi iddiası ilə tənqid hədəfinə çevrilmişdir.[7] Cinsi zorakılığa qarşı mübarizə aparan aktivistlər mətndə yer alan "Sənin məni boğmağını istəyirəm" və "Ağciyərlərimi partlat" kimi ifadələrə diqqət çəkərək mahnını məsuliyyətsiz addım kimi qiymətləndirmişdilər.[8]
Darem Universitetinin professoru Kler Makqlinn əsərin gənc qadınların həyatı ilə oynamaq mənasına gəldiyini bəyan etmişdir. Aleksandra Kepitenesku isə öz növbəsində mahnını müdafiə edərək, buradakı ismarışın metaforik xarakter daşıdığını, emosional yüklənməni və özünəinam çatışmazlığı hissini ifadə etdiyini bildirmişdir.[9]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Bulgária ganhou a Eurovisão". Público (portuqal). 17 may 2026. 18 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2026.
- ↑ Jiandani, Sanjay (Sergio). "Romania: TVR unveils the Selectia Nationala finalists". ESCToday (ingilis). 12 fevral 2026. İstifadə tarixi: 14 mart 2026.
- ↑ De-re, Julien. "🇷🇴 Romania: Selecția Națională 2026 Running Order Revealed". Eurovoix (ingilis). 2 mart 2026. 2 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ "Romania: Alexandra Căpitănescu wins Selecția Națională 2026 – to Eurovision with "Choke Me"". Eurovisionworld (ingilis). 4 mart 2026. 2 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ "Vienna announced as host city for Eurovision song contest 2026". The Guardian (ingilis). 20 avqust 2025. 3 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ "Vienna 2026: Semi-Final Draw results". Eurovision Song Contest (ingilis). 12 yanvar 2026. 7 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ Wilkes, Emma. "Romania's Eurovision entry criticised for allegedly "glamorising sexual strangulation"". NME (ingilis). 13 mart 2026. 14 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ Brannigan, Paul. ""The song represents a reckless normalisation of a dangerous practice." Romania's nu metal-styled Eurovision Song Contest entry Choke Me under fire for allegedly promoting sexual strangulation". Louder (ingilis). 13 mart 2026. 14 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2026.
- ↑ Vinter, Robyn. "Romania's Eurovision song criticised for 'glamorising sexual strangulation'". The Guardian (ingilis). 13 mart 2026. İstifadə tarixi: 14 mart 2026.