Con Klark Sleyter
| Con Klark Sleyter | |
|---|---|
| | |
| Doğum tarixi | 22 dekabr 1900[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 25 iyul 1976[1] (75 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | fizika, kimya |
| İş yerləri | |
| Təhsili | |
| Elmi rəhbəri | Persi Bricmen[4] |
| Üzvlüyü | |
| Mükafatları |
|
Con Klark Sleyter (ing. John Clarke Slater; 22 dekabr 1900[1][2][…], Ouk-Park[d], İllinoys[3] – 25 iyul 1976[1], Li dairəsi[d], Florida) — atomların, molekulların və bərk cisimlərin elektron quruluşu nəzəriyyəsini təkmilləşdirmiş amerikalı fizik.[5][6][7] O, həmçinin mikrodalğalı elektronika sahəsinə mühüm töhfələr vermişdir.[5] Sleyter 1920-ci ildə Roçester Universitetində fizika üzrə bakalavr, 1923-cü ildə isə Harvard Universitetində fizika üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsi almış, daha sonra Kembric (qısamüddətli) və Kopenhagen universitetlərində doktoranturadan sonrakı (post-doc) tədqiqatlar aparmışdır. ABŞ-yə qayıtdıqdan sonra Harvard Universitetinin fizika fakültəsində fəaliyyətə başlamışdır.
1930-cu ildə Massaçusets Texnologiya İnstitutunun prezidenti Karl Kompton Sleyteri MIT-nin fizika fakültəsinin rəhbəri təyin etmişdir. O, bakalavr pilləsi üzrə fizika tədris proqramını yenidən qurmuş, 1933-1968-ci illər ərzində 14 kitab yazmış və beynəlxalq nüfuza malik bir fakültə formalaşdırmışdır. İkinci Dünya müharibəsi illərində onun qismən "Bell Labs"-də və MIT-nin Radiasiya Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində mikrodalğalı ötürmə sahəsində apardığı tədqiqatlar radarın inkişafında mühüm rol oynamışdır.
Sleyter 1950-ci ildə fizika fakültəsinin tərkibində Bərk Cisim və Molekulyar Nəzəriyyə Qrupunun (SSMTG) əsasını qoymuşdur. Növbəti il fakültə rəhbərliyi vəzifəsindən istefa vermiş və bir ilini Atom Enerjisi Komissiyasının Brukhaven Milli Laboratoriyasında keçirmişdir. O, İnstitutun fizika professoru təyin edilmiş və 1965-ci ildə MIT-dən icbari pensiya yaşı olan 65 yaşında təqaüdə çıxanadək SSMTG-yə rəhbərlik etməyə davam etmişdir.
Daha sonra Florida Universitetinin Kvant Nəzəriyyəsi Layihəsinə tədqiqatçı professor kimi qoşulmuşdur; buradakı pensiya yaşı ona daha beş il fəaliyyət göstərmək imkanı vermişdir. SSMTG qrupu MIT-nin Materialşünaslıq və Mühəndislik Mərkəzinin (CMSE) sələfi hesab olunur.[5][8] Sleyterin elmi avtobioqrafiyası[9] və üç müsahibəsi[10][11] onun tədqiqat, təhsil və elmin cəmiyyətdəki rolu haqqında baxışlarını əks etdirir.
Sleyter dəfələrlə həm fizika, həm də kimya üzrə "Nobel" mükafatına namizəd göstərilmiş[12] və 1970-ci ildə Milli Elm Medalına layiq görülmüşdür. 1964-cü ildə Sleyter və onun uzun illər əvvəl Roçester Universitetinin ingilis dili fakültəsinə rəhbərlik etmiş 92 yaşlı atasına həmin universitet tərəfindən fəxri dərəcələr verilmişdir. Sleyterin adı Bor-Kramers-Sleyter nəzəriyyəsi, Sleyter determinantı və Sleyter orbitalı kimi terminlərdə yaşayır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 John Clarke Slater. // Solomon Quqqenhaym muzeyi.
- 1 2 John Clarke Slater (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Guggenheim Fellows database (ing.).
- ↑ Riyazi genealogiya layihəsi (ing.). (İstifadə tarixi: 2 sentyabr 2018).
- 1 2 3 Philip M. Morse, John Clarke Slater (1900–1976) : A Biographical Memoir by Philip M. Morse (PDF), 13 dekabr 2014 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 12 dekabr 2014
- ↑ Per-Olav Lowdin (ed.) Quantum Theory of Atoms, Molecules and the Solid State, A Tribute to John C. Slater, Academic Press, N.Y. 1966.
- ↑ Van Vleck, John H. "John C. Slater". Physics Today. 29 (10). oktyabr 1976: 68–69. Bibcode:1976PhT....29j..68V. doi:10.1063/1.3024428. 27 sentyabr 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "MIT Center for Materials Science and Engineering". Mit.edu. 10 mart 2011. 22 mart 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2011.
- ↑ Slater, J. C. Solid-State and Molecular Theory: A Scientific Biography. New York: Wiley. 1975. ISBN 978-0-471-79681-7.
- ↑ "Oral history interview transcript with John C. Slater 3 October 1963, American Institute of Physics, Niels Bohr Library & Archives". American Institute of Physics. 4 iyun 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2011.
- ↑ Oral History Transcript - Dr. John C. Slater, interviewed by Charles Weiner, Niels Bohr Center and Archives for the History of Physics. Session I, Gainesville, February 23, 1970. Arxiv surəti 28 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 28, 2011, at the Wayback Machine, Session II, MIT, August 7, 1970. Arxiv surəti 28 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 28, 2011, at the Wayback Machine
- ↑ "John Clarks Slater". NobelPrize.org (ingilis). 1 aprel 2020. İstifadə tarixi: 5 aprel 2022.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Con Klark Sleyter Riyazi genealogiya layihəsində
Vikianbarda Con Klark Sleyter ilə əlaqəli mediafayllar var.- Biographical Memoir by Philip M. Morse, includes a photo
- 22 dekabrda doğulanlar
- 1900-cü ildə doğulanlar
- İllinoysda doğulanlar
- 25 iyulda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Floridada vəfat edənlər
- Florida Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun müəllimləri
- Harvard Universitetinin müəllimləri
- Harvard Universitetinin məzunları
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar
- Amerika Fizik Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər