Məzmuna keç

Kaxokiya

Vikipediya, azad ensiklopediya
UNESCO-nun Ümumdünya irsi obyekti
Kaxokiya
Ölkə
Tip Mədəni 
Kriteriya (iii)[d], (iv)[d]
Keçid 198bis
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Kaxokiya xəritədə
Kaxokiya
Kaxokiya

Kaxokiya (ing. Cahokia) — İllinoys ştatının Kollinsvill şəhəri yaxınlığında, Missisipi çayının sahilində, Sent-Luislə üzbəüz yerləşən 109 yerli Amerika kurqanından ibarət qrup. Bura Missisipi mədəniyyətinin (VII-XIII əsrlər) ən böyük arxeoloji abidəsidir. 1982-ci ildən UNESCO tərəfindən Ümumdünya İrsinə daxil edilib. Bu qədim şəhər təxminən 1050-1350-ci illər arasında çiçəklənmə dövrünü yaşayıb. Kaxokiya Avropalılar Yeni dünyaya gəlməzdən çox əvvəl Şimali Amerikanın ən sıx məskunlaşdığı bölgələrdən biri idi və burada məhsuldar kənd təsərrüfatı, inkişaf etmiş ticarət yolları və monumental memarlıq mövcud idi.

Qəbilə başçısının dəfn yerinin modeli.

Kaxokiya Missisipi mədəniyyəti adlanan bir sivilizasiyanın mərkəzi idi. Onların şəhər planlaması və tikinti bacarıqları orta əsr Avropasının bəzi böyük şəhərlərindən belə üstün idi. Şəhərin ən məşhur xüsusiyyətlərindən biri təbii təpələrdən hazırlanmış nəhəng torpaq kurqanları (mounds) idi. Bunların ən böyüyü Monks Mound adlanan, hündürlüyü təxminən 30 metr olan nəhəng bir təpədir.

Kaxokiyanın yenidən qurulması cəhdi

Bu şəhər XII əsrdə kuliminasiya nöqtəsinə çatanda əhalisinin sayı təxminən 20.000 nəfər idi, belə ki, bu say o vaxtkı Londonun əhalisindən daha çox idi. Bütün şəhər 30 metr hündürlükdə olan Monks-Maund kurqanının ətrafında toplanmışdı. Kaxokiya həmin dövrün bir çox şəhər və kəndi kimi ovçuluq, qida toplama, ticarət və təsərrüfatla məşğul idi. Həmçinin mayyalılar kimi cənub xalqlarından təsirlənərək kölələr və insan qurban etmək ilə təbəqələşmə sistemi yaratmışdılar.

Əhali qarğıdalı (məhsuldarlıq üçün əsas qida), balqabaq və günəbaxan becərirdi. Şəhər Missisipi çayına yaxın olduğu üçün balıq ehtiyatları bol idi. O, müasir ABŞ ərazisində Appalaç dağlarından Böyük Düzənliklərə qədər geniş bir ticarət şəbəkəsinin bir hissəsi idi.

Missisipilər geniş qəbilə qrupu idi. Onlar astronomiyayarituallara böyük önəm verirdi. Onların astronomik müşahidələr aparmaq üçün taxta sütunlardan ibarət dairəvi bir qurğu – "Vodhenqe" tikdikləri məlumdur. Bu qurğu günəşin mövsümi hərəkətlərini izləmək üçün istifadə edilirdi. Bu da onu göstərir ki, Kaxokiyalılar əkinçilik, ticarət və dini ayinlər üçün səma hadisələrini nəzərə alırdılar. Şəhərdə tapılan boyalı keramika, daş maskalar və insan fiqurları Cahokianın güclü dini inanc sisteminə sahib olduğunu göstərir. Qurban mərasimləri və dini festivallar da Kaxokiya cəmiyyətində mühüm rol oynayırdı.

İqlim dəyişikliyi və əhalinin artması ilə birlikdə qida və təbii resurslar tükənməyə başladı. 1350-ci illərə doğru Kaxokiya demək olar ki, tamamilə tərk edilmişdi və bu, onun "Şimali Amerikanın unudulmuş şəhəri" kimi adlandırılmasına səbəb oldu.

Hazırda Kaxokiya UNESCO tərəfindən Ümumdünya İrsinə daxil edilmişdir və arxeoloqlar burada tapıntılar üzərində tədqiqatlar aparmağa davam edirlər.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]