Maykl Rosbaş
Görünüş
(Maykl Rozbaş səhifəsindən istiqamətləndirilmişdir)
| Maykl Rosbaş | |
|---|---|
| | |
| Doğum tarixi | 7 mart 1944[1][2] (82 yaş) |
| Doğum yeri | |
| Elm sahəsi | Genetika |
| İş yeri | |
| Təhsili | |
| Üzvlüyü | |
| Mükafatları |
|
Maykl Rozbaş (7 mart 1944[1][2], Kanzas Siti) — Amerikalı genetik, "Sirkadian ritmini idarə edən molekulyar mexanizmləri kəşf etdiklərinə görə" Ceffri Holl və Maykl Yanq ilə birlikdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2017il).[3]
Həyat yolu
[redaktə | vikimətni redaktə et]Hələ məktəbdə oxuduğu zaman Kaliforniya Texnologiya İnstitutunda biologiya dərslərində iştirak edib və Norman Devidsonun laboratoriyasında işləmişdir. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunu kimya ixtisası üzrə, 1970-ci ildə isə Massaçusets Texnologiya İnstitutunun Biofizika fakültəsini bitirmişdir. Edinburq Universitetində genetika üzrə üç illik postdoktoranturadan sonra o, Brandeys Universitetinə işə qəbul edildi (1974il) və hələ də orada işləyir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1988-ci ildə — Quqqenhaym Təqaüdü[4]
- 2003-cü ildə — Milli Elmlər Akademiyasının üzvü
- 2009-cu ildə — Qruber Mükafatı
- 2011-ci ildə — Luiza Qross Horvitz Mükafatı
- 2012-ci ildə — Messri Mükafatı
- 2012-ci ildə — Qeyrdner Beynəlxalq Mükafatı
- 2013-cü ildə — Şao Mükafatı
- 2013-cü ildə — Uayli Mükafatı
- 2017-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Kara Rogers. Michael Rosbash (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Michael Morris Rosbash (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
- ↑ The 2017 Nobel Prize in Physiology or Medicine — Press release — NobelPrize.org. Дата обращения: 2 октября 2017. Архивировано 11 октября 2017 года.
- ↑ Майкл Росбаш на сайте Мемориального фонда Джона Саймона Гуггенхайма. Дата обращения: 9 октября 2017. Архивировано 3 октября 2017 года.
- ↑ The 2017 Nobel Prize in Physiology or Medicine — Press release — NobelPrize.org. Дата обращения: 2 октября 2017. Архивировано 11 октября 2017 года.
Kateqoriyalar:
- 7 martda doğulanlar
- 1944-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Kanzas Sitidə doğulanlar (Missuri)
- Brandeys Universitetinin müəllimləri
- Kaliforniya Texnologiya İnstitutunun məzunları
- Massaçusets Texnologiya İnstitutunun məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- ABŞ genetikləri