Pol Steynhardt
| Pol Steynhardt | |
|---|---|
| ing. Paul Joseph Steinhardt | |
| | |
| Doğum tarixi | 25 dekabr 1952 (73 yaş) |
| Doğum yeri | |
| Elm sahələri | nəzəri fizika, kristalloqrafiya |
| Elmi dərəcəsi | |
| İş yerləri | |
| Təhsili | |
| Üzvlüyü |
|
| physics.princeton.edu/~s… | |
Pol Cozef Steynhardt (ing. Paul Joseph Steinhardt; 25 dekabr 1952, Vaşinqton) — əsas tədqiqatları kosmologiya və kondensə olunmuş maddə fizikası sahələrini əhatə edən amerikalı nəzəri fizik. Hazırda o, Prinston Universitetində həm Fizika, həm də Astrofizika Elmləri departamentlərinin fakültə üzvü və "Elm sahəsində Albert Eynşteyn professoru" adının daşıyıcısıdır.[1]
Steynhardt daha çox kainatın mənşəyi, təkamülü və gələcəyi ilə bağlı yeni nəzəriyyələrin tərtibatçısı kimi tanınır. O, həmçinin kvazikristallar kimi tanınan maddənin yeni formasının tədqiqi ilə məşhurdur. Muzey eksponatında ilk təbii kvazikristalı kəşf edənə qədər bu materialların yalnız süni yolla yaradıldığı hesab olunurdu.[2] Daha sonra o, Rusiyanın uzaq şərqindəki Kamçatka yarımadasının çətin keçilən ərazilərindən tapılmış bir neçə təbii kvazikristal nümunəsi üzərində tədqiqat aparan ayrıca bir komandaya rəhbərlik etmişdir. Bir neçə il sonra Steynhardt və həmkarları 16 iyul 1945-ci ildə Nyu-Meksiko ştatının Alamaqordo poliqonunda həyata keçirilən ilk atom bombası sınağının qalıqları arasında əvvəllər məlum olmayan kvazikristal növünün təsadüfi sintezini aşkar etdiklərini bildirmişlər.[3]
O, bu mövzular üzrə iki populyar kitab qələmə almışdır:
- "Sonsuz Kainat: Böyük Partlayışdan Kənar" ("Endless Universe: Beyond the Big Bang", 2007). Nil Turok ilə həmmüəllif olduğu bu kitabda geniş qəbul edilmiş "Böyük partlayış" nəzəriyyəsinə qarşı çıxarkən rastlaşdıqları ilkin çətinliklərdən və hazırda tədqiq edilən "sıçrayışlı" (bouncing) və ya dövri (cyclic) kainat nəzəriyyələrinin inkişafından bəhs olunur.[4]
- "Qeyri-mümkünlüyün İkinci Növü: Maddənin Yeni Forması üçün Fövqəladə Axtarış" ("The Second Kind of Impossible", 2019). Bu əsərdə kvazikristal konsepsiyasının o zamankı tələbəsi Dov Levin ilə birlikdə ixtirasından tutmuş, milyardlarla il əvvəl yaranmış təbii kvazikristal dənəciklərini ehtiva edən meteorit parçalarını tapmaq üçün Rusiyanın uzaq şərqinə etdiyi ekspedisiyaya qədər olan hekayə nəql edilir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Biographical Sketch: Prof. Paul J. Steinhardt". Department of Physics at Princeton University. 10 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2019.
- ↑ Bindi, L.; Steinhardt, P.J.; Yao, N.; Lu, P. "Natural Quasicrystals". Science. 324 (5932). 2009: 1306–1309. Bibcode:2009Sci...324.1306B. doi:10.1126/science.1170827. PMID 19498165.
- ↑ Bindi, Luca; Kolb, William; Eby, G. Nelson; Asimow, Paul D.; Wallace, Terry C.; Steinhardt, Paul J. "Accidental synthesis of a previously unknown quasicrystal in the first atomic bomb test". PNAS. 118 (June 1, 2021 118 (22) e2101350118). 2021. Bibcode:2021PNAS..11801350B. doi:10.1073/pnas.2101350118. PMC 8179242 (#bad_pmc). PMID 34001665 (#bad_pmid).
- ↑ Steinhardt, P.J.; Turok, N.G. Endless Universe: beyond the Big Bang. Doubleday. 2007. ISBN 978-0-385-50964-0.
- ↑ Steinhardt, P.J. The Second Kind of Impossible. Simon & Schuster. 2019. ISBN 978-1-4767-2992-3.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 25 dekabrda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Vaşinqtonda doğulanlar
- Prinston Universitetinin müəllimləri
- Pensilvaniya Universitetinin müəllimləri
- Harvard Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Kaliforniya Texnologiya İnstitutunun məzunları