Teo Evan
| Teo Evan | |
|---|---|
| yun. Ευάγγελος Θεοδώρου | |
| | |
| Ümumi məlumatlar | |
| Ləqəbi | Theo Evan |
| Doğum tarixi | 16 may 2002[1] (24 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, mahnı yazarı[d], rəqqas |
| Fəaliyyət illəri | 2021-ci ildən |
| Təhsili | |
Evangelos Feodoru (yun. Ευάγγελος Θεοδώρου; 16 may 2002[1], Nikosiya, Kipr Respublikası[2]), daha çox Teo Evan səhnə adı ilə tanınan — Kipr müğənnisi, mahnı müəllifi, rəqqası və aktyoru. "Shh" adlı mahnı ilə Bazeldə keçirilən 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Kipri təmsil etmişdir.
Erkən həyatı
[redaktə | vikimətni redaktə et]16 may 2002-ci il tarixində Nikosiyada, Kipr yunanlarının ailəsində anadan olmuşdur. Gəncliyini rəqs dərslərində keçirmiş, məktəb xorunda oxumuşdur. Yeddi yaşından etibarən müğənnilik və rəqqaslıqla məşğul olmuş, yeniyetməlik dövründə isə mahnı yazmağa başlamışdır. Teo həmçinin Kipr miqyasında müxtəlif teatr tamaşalarında və istedad şoularında çıxış etmişdir.[3]
Karyerası
[redaktə | vikimətni redaktə et]Nikosiyada yerləşən ingilis məktəbini bitirdikdən sonra Evan Massaçusets ştatının Boston şəhərində yerləşən Berkli Musiqi Kollecində musiqi və ifaçılıq sənəti üzrə təhsil almaq üçün Amerika Birləşmiş Ştatlarına köçmüşdür. O, 2021-ci ildə "The Wall" adlı ilk sinqlını buraxmışdır. Teo həmçinin ABŞ-nin "Eyforiya" teleserialının ikinci mövsümündə epizodik rolda çıxış etmişdir.[3]
2 dekabr 2024-cü il tarixində onun İsveçrənin Bazel şəhərində təşkil olunan 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Kipri təmsil edəcəyi elan olunmuşdur.[4] Mayın 13-də birinci yarımfinalda çıxış edən sənətçi 11-ci yeri tutmuş və finala vəsiqə qazana bilməmişdir.[3]
Musiqi üslubu
[redaktə | vikimətni redaktə et]Onun musiqi üslubu "tünd və kəskin tonlarla zənginləşdirilmiş, təravətli müasir pop-füşn ilə tamamlanan Aralıq dənizi pop musiqisinin populyar harmoniyası" kimi xarakterizə olunur. Evan yaradıcılığına təsir göstərən əsas kumirləri qismində Maykl Cekson və "Stromae"nin adlarını çəkmişdir.[5]
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]| Başlıq | İl | Albom |
|---|---|---|
| «The Wall» | 2021 | Alboma daxil olmayan sinql |
| «So Cold» | 2022 | |
| «Burn Us Down» | ||
| «Save Me from Myself» | 2023 | |
| «Dark Side» | ||
| «The Cost of Losing You» | 2024 | |
| «Fading Dreams» | ||
| «Shh» | 2025 | |
| «Diafanis» (feat. Demy) | «Delta» | |
| «Don't Kill My Summer» | Alboma daxil olmayan sinql | |
| «Better Days» | ||
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Theo Evan: 10 Facts about Cyprus’ Eurovision 2025 singer.
- 1 2 Cyprus 2025 - Theo Evan (ing.). 2025.
- 1 2 3 "Theo Evan". Eurovision.tv (ingilis). 7 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2025.
- ↑ "The best kept secret in Cyprus: Who is Theo Evan?". Eurovision.tv (ingilis). 14 noyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2025.
- ↑ Carles Batlle, "Enat993". "Theo Evan" (ingilis). 2024-09. 2025-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-08.