Məzmuna keç

Tirmizi

Vikipediya, azad ensiklopediya
Tirmizi
ərəb. الترمذی, محمد بن عيسى
Doğum tarixi 825(0825)[1][2]
Doğum yeri
Vəfat tarixi 892(0892)[3] (66–67 yaşında)
Vəfat yeri
Elm sahəsi hədis elmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu İsa Məhəmməd ibn İsa əs-Salami əd-Dərir əl-Buği ət-Tirmizi (ərəb. أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي; 825[1][2], Termez892[3], Termez) — fars əsilli İslam alimi və mühəddis. O, altı böyük hədis məcmuədən biri olan və "Sünəni-Tirmizi" olaraq adlanan "əl-Cəmius-Səhih" kitabının müəllifidir. O, həmçinin islam peyğəmbəri Məhəmmədin şəxsiyyəti və xarici görüşünü ilə bağlı hədislər toplusu olan, "Şəmail ət-Tirmizi" kimi tanınan "Şəmail əl-Məhəmmədiyyə" adlı əsərin də müəllifidir.

Tirmizinin adı Məhəmməd, künyəsi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir.

Əbu İsa Məhəmməd ibn İsa ibn əd-Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və Buxari, Müslüm ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Məhəmməd ibn İsa Tirmizi Abbasi xəlifəsi Məmun dövründə anadan olub. Doğulduğu il 209-cu hicri (824/825) olaraq bildirilmişdir. Yalnız Zəhəbi Tirmizinin hicri 210-cu (825/826) ilə yaxın doğulduğunu bildirir. Buna görə də bəzi mənbələr onun doğulduğu ili hicri 210-cu il kimi göstərmişlər. Bəzi mənbələrdə onun Məkkədə doğulduğu göstərilir. Bir çoxları onun Tirmizdə İndiki Özbəkistanın cənubu (Termez) doğulduğunu bildirir. Əlbəttə daha güclü rəydə budur. Daha dəqiq desək, o, şəhərətrafı ərazilərdən birində, Buq kəndində anadan olub. Buna görə də "Tirmizi" "Əl-Buği" deyirlər.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 >1 Mio. (Stand: 2025) // Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
  3. 1 2 OpenITI corpus. OpenITI.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]