Məzmuna keç

Dmitri Volkoqonov

Dmitri Volkoqonov
Doğum tarixi22 mart 1928
Doğum yeriÇita
Vəfat tarixi6 dekabr 1995
Vəfat yeriKrasnoqorsk, Moskva
Dəfn yeriKuntsevo qəbiristanlığı, Moskva
Vikipediya məqaləsi

Dmitri Antonoviç Volkoqonov (22 mart 1928, RSFSR, Çita rayonu, Kyrinski rayonu, Manqut kəndi, SSRİ — 6 dekabr 1995, Moskva, Rusiya) — sovet və rus tarixçisi, filosof, politoloq və siyasətçi. General-polkovnik (1986). Professor, tarix elmləri doktoru və fəlsəfə doktoru. 7 dekabr 1991-ci ildən Rusiya Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər (Rusiya tarixi) seksiyasının müxbir üzvü. Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (1995 — ölümündən sonra).


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Biz nadir hallarda əcdadlarımızın kim olduğunu bilirik. Kim hətta ulu babalarının adlarını xatırlaya bilər? Onlar qaranlıq və uzaq keçmişdə yox oldular.
  • Diktator — milyonlarla insanın azadlığının olmaması və yalnız bir despotun azadlığıdır.
  • Doqmatizm bəsit və tez-tez yanlış anlayışlar torpağından yaranmışdır. Doqmatizm sahilə çıxan gəmiyə bənzəyir: dalğalar qaçır, gəmi yerində qalır, amma hərəkət təəssüratı davam edir.
  • Ədalətsizliyin ilk qurbanı həmişə həqiqətdir, həqiqət.
  • Fəxr edə biləcəyim yeganə şey — həyatımın ən böyük ləyaqəti — baxışlarımı kökündən dəyişdirə bilməyimdir.
  • Hər inqilab cücərən toxumlar əkir, əksər hallarda onlardan gözlənilənin əksi olur.
  • Həyat əbədi ümiddir. O öldüyü an insan artıq bu torpaqda heç nə edə bilmir.
  • Xoşbəxt bir evlilik, son nəticədə həyatları boyunca bir insandan digərinə doğru davamlı ünsiyyət qurduqları bir körpüdür.
  • İnsan nə qədər məhkum olursa olsun, o, hələ də onu keçmiş və gələcəyə daşıya biləcək böyük fikir azadlığına, tiran və ya şəraitin heç vaxt əlindən ala bilməyəcəyi yeganə xüsusiyyətə malikdir.
  • Liderliyin dərin təməli partiya və dövlətdəki demokratik prinsiplərin zəifliyidir.
  • Stalinizm siyasət, iqtisadiyyat, sosial və mənəvi həyat və mədəniyyət üzərində mütləq bir diktaturadır.
  • Tarix yalnız müxtəlif dövr və zamanların bir-birni əvəzləməsi deyildir. tarix yer üzündə yaşamış və köçüb getmiş insanların tarixi portretləri qalareyasıdır.[1]

İstinadlar

[redaktə]
  1. ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.429