Jak Nekker — cenevrəəsilli bankir, maliyyəçi və dövlət xadimi, XVI Lüdovikin hakimiyyəti dövründə Fransanın maliyyə naziri. İslahatçı xarakteri ilə seçilən Nekkerin tətbiq etdiyi yeniliklər bəzən böyük narazılıqlara səbəb olmuşdur. O, konstitusiyalı monarxiya tərəfdarı, siyasi iqtisadçı və moralist kimi qanun qarşısında bərabərlik prinsipini kəskin tənqid edən əsərlər yazmışdır.
Nekker maliyyə naziri vəzifəsini ilk dəfə 1777-ci ilin iyul ayı ilə 1781-ci il arasında icra etmişdir. O, 1781-ci ildə dövlət büdcəsini ictimaiyyətə açıqlayan "Compte rendu" hesabatını dərc etdirmək barədə görünməmiş bir qərar qəbul edərək geniş şöhrət qazanmışdır.
İbrahim Temo — albanəsilliOsmanlı siyasətçisi, inqilabçısı, intellektualı və həkimi. O, XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasında müxalif siyasi hərəkatların formalaşmasında mühüm rol oynamış, xüsusilə İttihad və Tərəqqi Komitəsinin (İTK) ilkin qurucularından biri kimi tanınmışdır. İbrahim Temo "gənc türklər" hərəkatının erkən mərhələsində II Əbdülhəmidin avtoritar idarəçiliyinə qarşı çıxan gizli təşkilati fəaliyyətin əsas simalarından biri olmuşdur. Tibbi təhsil aldığı dövrdə Osmanlı İttihad Komitəsinin yaradılmasında iştirak etmiş, təşkilatın Balkanlar və Avropa filiallarının qurulmasında fəal rol oynamışdır. Sonradan İTK daxilində yaranan ideoloji və təşkilati dəyişikliklər fonunda ittihadçılardan uzaqlaşmış, daha liberal və pluralist mövqeləri müdafiə etmişdir.
Kosovonun keçmiş lideri Haşim Taçi Kosovo Azadlıq Ordusuna rəhbərlik etdiyi dövrdə törətdiyi müharibə cinayətlərinə görə iyirmi beş il müddətinə azadlıqdan məhrum edilib.
"Palicourea elata" (şəkildə) bitkisi özünün aydın formalı, dodağa bənzər qırmızı diş telləri ilə diqqəti cəlb etdiyi üçün əsasən "isti dodaqlar" və "sevgili öpüşü" adları ilə tanınır.