Oyunun süjeti real tarixi hadisələrin bədii təsvirinə əsaslanan "Assassin's Creed" franşizasının ümumi konsepsiyasına uyğun gəlir. Burada sülh və azadlığı müdafiə edən assassinlər ilə sülhə tam nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər ordeni fraksiyaları arasında əsrlər boyu davam edən gizli müharibədən bəhs olunur.
Puritan — heykəltəraş Oqastes Sent-Qodens tərəfindən yaradılmış bürünc heykəl. ABŞ-nin Sprinqfild şəhərində yerləşir. Əsər o qədər məşhur olmuşdur ki, dünyanın 20-dən çox şəhəri, muzeyi, universiteti və şəxsi kolleksiyası üçün təkrar hazırlanmış, sonradan isə şəhərin rəsmi simvollarından birinə çevrilərək bələdiyyə bayrağında təsvir edilmişdir. Heykəl əvvəlcə şəhərin Stirns meydanı üçün nəzərdə tutulmuşdu, lakin, 1899-cu ildən etibarən "The Quadrangle" yaxınlığında, "Chestnut" və "State Street" küçələrinin küncündə yerləşdirilmişdir.
Fullmetal Alchemist fəsillərinin siyahısı — yaponmanqakaHiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.
Kosovonun keçmiş lideri Haşim Taçi Kosovo Azadlıq Ordusuna rəhbərlik etdiyi dövrdə törətdiyi müharibə cinayətlərinə görə iyirmi beş il müddətinə azadlıqdan məhrum edilib.
Civənigümüşə və ya qızıla çevirə bildiyini iddia edən Ceyms Prays bunu etibarlı şahidlər önündə sübut etmək məcburiyyətində qalan zaman sianid turşusu içərək intihar etmişdir.