Amartya Sen
| Amartya Sen | |
|---|---|
| benq. অমর্ত্য সেন | |
| | |
| Doğum tarixi | 3 noyabr 1933[1] (92 yaş) |
| Doğum yeri |
|
| Həyat yoldaşları | |
| Uşaqları | |
| Elm sahəsi | İnkişaf iqtisadiyyatı |
| Elmi dərəcəsi | |
| İş yerləri | |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları |
|
| scholar.harvard.edu/sen | |
Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933[1], Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı.
Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[2]
1998 ilə 2004-cü illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.
2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.
2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1998 — İqtisadiyyat üzrə Nobel mükafatı; rifah iqtisadiyyatı ilə bağlı tədqiqatlarına görə.
- 1999 — Bharat Ratna; Hindistanın ən yüksək mülki mükafatı.
- 1999 — Banqladeş fəxri vətəndaşlığı; Baş nazir Şeyk Hasina tərəfindən verilmişdir.
- 2000 — Leontyev mükafatı.
- 2000 — Eyzenhaver medalı; liderlik və xidməti müqavilində, ABŞ tərəfindən.
- 2000 — Şərəf yoldaşı; Böyük Britaniya tərəfindən.
- 2002 — Beynəlxalq köməksevər mükafatı; Beynəlxalq Humanist və Əxlaqi Birliyi tərəfindən.
- 2003 — Ömür boyu uğur mükafatı; Hindistan Ticarət Palatası tərəfindən.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- 1982 — Yoxsulluq və aclıq: imtiyazlar və məhrumiyyətlər haqqında esse.
- 1982 — Seçim, rifah və ölçülmə.
- 1986 — Ərzaq iqtisadiyyatı və ixtiyarlar.
- 1987 — Etniklər və iqtisadiyyatlar.
- 1992 — Bərabərsizliyin təkrar tədqiqatı.
- 1999 — Azad inkişaf.
- 1999 — Əmtəələr və imkanları.
- 2004 — Rasionallıq və azadlıq.
- 2005 — Mübahisəli Hindistan.
- 2006 — Şəxsiyyət və zorakılıq: illüziyanın taleyi
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Amartya K. Sen // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
- ↑ "Amartya Sen haqqında Nobel mükafatı e-muzeyində məlumat". 28 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2014.
- 3 noyabrda doğulanlar
- 1933-cü ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Britaniya Hindistanında doğulanlar
- Harvard Universitetinin müəllimləri
- London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri
- Kəlkətə Universitetinin məzunları
- Kembric Universitetinin məzunları
- Triniti Kollecinin məzunları (Kembric)
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları
- Asturiya şahzadəsinin mükafatı ilə təltif edilənlər
- Britaniya Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- ABŞ iqtisadçıları
- Professorlar
- Kornell Universitetinin məzunları
- "Fəxri Legion" ordeninin komandorları
- Kişi feministlər
- Kembric Universitetinin müəllimləri
- ABŞ ateistləri
- Kornell Universitetinin müəllimləri
- Prinston Universitetinin müəllimləri
- Oksford Universitetinin müəllimləri
- XX əsr filosofları