Məzmuna keç

Cənnətli

Vikipediya, azad ensiklopediya
Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
Əsası qoyulub 21.10.1967
İndiki adı Zovaşen (Gölkənd)
Sahəsi
  • 18,62 km²
Əhalisi
  • 1.388 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1979, 1989, 2001, 2011)
Xəritədə yeri
Cənnətli xəritədə
Cənnətli
Cənnətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənnətli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Cahadlu formasında da qeyd edilir[1].

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd.

Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır[2]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır[2]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 02.03.1940-cı il fərmanı ilə лəndin adı dəyişdirilib Lancazat, 21.10.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.[3]

Ermənilər bu kəndə 1930-cu ildə gətirilmişlər. 1931-ci ildə 136 nəfər erməni var idi. Azərbaycanlılar kəndi ötən əsrin 30-cu illərində məcburi tərk etmişlər.[4]

  1. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50
  2. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50–51, 130–131
  3. ↑ "Arxivlənmiş surət". 22 may 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2011. (#redundant_parameters); (#redundant_parameters)
  4. ↑ "Arxivlənmiş surət". 2 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2011.