Məzmuna keç

Dvin

Qədim şəhər
Dvin
erm. Դուին
Dvin xarabalığı
Dvin xarabalığı
40°00′16″ şm. e. 44°34′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Vilayət Ararat mərzi
Salınma tarixi IV əsr
Banisi III Xosrov
Digər adı azərb. Dəbil‎
yun. Δούβιος
Dağılma tarixi 1236
Müasir yeri Dvin
Dvin xəritədə
Qırmızı nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dvin və ya Dəbil[1] (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır.

335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir.[2] 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı. Daha sonra Dvin sırayla Salarilər və Naxçıvan şahlıq mülklərinə daxil olmuşdur. 1021-ci ildə Əbüləsvar Şavurun əlinə keçmişdi. Bundan sonrakı tarixlərdə Səlcuqlar və Gürcüstanın əlinə keçəndən sonra 1236-cı ildə Monqollar tərəfindən darmadağın edilmişdir.

  1. ↑ MAHMUDLU, YAQUB; ƏLİYEV, QABİL; HÜSEYNOVA, LEYLA; AĞAYEV, SABİR; BƏHRƏMOVA, SEVİL; ƏLİŞOVA, HƏCƏR; XURYAROV, BABƏK. Redaktor: Aida Quliyeva; Bədii və texniki redaktor: Abdulla Ələkbərov; Dizayner: Səadət Quluzadə; Dizayner: Təhmasib Mehdiyev; Üz qabığı: Təhmasib Mehdiyev; Rəssam: Gündüz Ağayev; Korrektor: Ülkər Tağıyeva; Korrektor: Mətanət Kərimova (redaktorlar ). AZƏRBAYCAN TARİXİ 7 DƏRSLİK. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün tarixi fənni üzrə DƏRSLİK (PDF) (az.). BAKI: Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2018. 16, 18, 33.
  2. ↑ Chaumont, M. L. (1986). "ARMENIA AND IRAN ii. The pre-Islamic period". Encyclopaedia Iranica, Vol. II, Fasc. 4. pp. 418–438.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]