Məzmuna keç

Goravan

kənd
Goravan
39°54′00″ şm. e. 44°44′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Mərkəzin hündürlüyü 925 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.340 nəf. (1831, 1873, 1897, 1926, 1939, 1959, 1970, 1979, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Goravan xəritədə
Goravan
Goravan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1][2]

Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan[3], Qafqazın 5 verstlik xəritəsində Goravan kimi[4] qeyd edilmişdir.

Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə [5], urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün[6][7] fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi[8] qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir[9]. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilib Goravan adlandırılmışdır. Türk dillərində kora (Azərbaycan dilindəki qura) "qışlaqda gecələr mal-qaranı salmaq üçün tikinti" və avan "kənd" sözlərindən ibarətdir. Kora və kura eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Gorovan toponimi "mal-qara saxlanılan yer" mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.[10]

Kənddə 1831-ci ildə 9 tatar ailəsi, 35 kişi, 24 qadın, cəmi 59 nəfər[11], 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cü ildə 634 nəfər, 1914-cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdır[12]. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, Türkiyənin Muş, Şadax, Van bölgələrindən (1918-ci ildən sonra) köçürülən ermənilər Goravanda yerləşdirilmişdir. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni[12], 1939-cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana (Dağlıq Qarabağa, sonra isə Xanlara[13]) köçürülmüşdür. İndi kənddə yalnız ermənilər məskunlaşıb.

  1. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
  3. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51
  4. ↑ Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913. s.61
  5. ↑ Радлов В. В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.551
  6. ↑ 332, s.68
  7. ↑ 258, s.75
  8. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.61
  9. ↑ Радлов В. В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.920
  10. ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝораван // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  11. ↑ "Arxivlənmiş surət" (PDF). 29 noyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 noyabr 2020.
  12. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155
  13. ↑ 99, s.396–397