Məzmuna keç

Patrinc

Kənd
Patrinc
40°16′35″ şm. e. 44°16′28″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1829
Mərkəzin hündürlüyü 1.025 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 974 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2004, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Patrinc xəritədə
Patrinc
Patrinc

Patrinc, Voskehat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[1]

Rayon mərkəzindən 8 km masafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Batrınc formasında[2] qeyd edilmişdir.

Toponim urartu dilində «şəhər» mənasında işlənən patar sözü[3] əsasında yaranmışdır. Ənənəyə görə, Patrinc adı kənddə tapılan Patrinc çiçəyinin adından yaranmışdır.[4]

Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur.

Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914 - cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər,[5], 1918-ci ildə 526 nəfər,[6], 1919 - cu ildə 310 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilərək[8] kəndə ermənilər yerləşdirilmişdir[9].

  1. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  2. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.37
  3. ↑ Капанцян Гр. Обшие элементы между урартским ихеттским языкам, Эриван, ГИЗ ССРА, 1936. s.71
  4. ↑ Փաթրինջ-Ոսկեհատ (erm.)
  5. ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. 22-23, 108-109
  6. ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.218
  7. ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 108-109
  8. ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221
  9. ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 108-109