Türkiyə Böyük Millət Məclisi
| Türkiyə Böyük Millət Məclisi | |
|---|---|
| Türkiye Büyük Millet Meclisi 28-ci qanunvericilik dövrü | |
| | |
| Ümumi məlumatlar | |
| Qısaltma adı | TBMM |
| Növü | təkpalatalı parlament |
| Ölkə |
|
| Təsis olunub | 23 aprel 1920 |
| Əvvəlki orqan | Osmanlı Məclisi-Məbusanı, Osmanlı Məclisi-Əyanı |
| Rəhbərlik | |
| Sədr |
Numan Kurtulmuş[1], AK Partiya 7 iyun 2023 tarixindən |
| Quruluşu | |
| Üzvlərin sayı | 600 |
|
|
|
| Siyasi partiyalar |
Hökumət (275)
Hökumətə dəstək (51) Müxalifət (257)
SAADET (1) Bitərəf (9)
Vakant (8)
|
| Seçkilər | |
| Səsvermə sistemi | proporsional |
| Sonuncu seçkilər | 14 may 2023 |
| Məclis zalı | |
|
|
|
| Qeydlər | |
| tbmm.gov.tr | |
Türkiyə Böyük Millət Məclisi (türk. Türkiye Büyük Millet Meclisi) və ya TBMM — Türkiyə Respublikasının qanunverici orqanı. O, Antanta dövlətləri tərəfindən Osmanlı İmperiyasının işğalına və İstanbulun işğalından sonra Deputatlar Palatasının fəaliyyətinin dayandırılmasına qarşı müqavimət göstərmək məqsədilə 23 aprel 1920-ci ildə Ankarada Mustafa Kamal Atatürk və onun silahdaşlarının rəhbərliyi ilə təsis edilmişdir. Onun əsas vəzifələri icra hakimiyyətinə nəzarət etmək və qanunvericilik hakimiyyətini həyata keçirməkdir. "Suverenliyin qeyd-şərtsiz millətə məxsus olması" prinsipi Türkiyə Böyük Millət Məclisinin mövcudluğunun təməl əsasını təşkil edir.[2]
Hazırda ikinci dərəcəli təsisçi hakimiyyət səlahiyyətinə malik orqan statusunu daşıyan Türkiyə Böyük Millət Məclisi (TBMM) digər Konstitusiya dövlət orqanlarından üstün mövqedə dayanmır. Qanunlar Konstitusiyaya zidd ola bilməz. Qanunvericilik hakimiyyəti qanunlar qəbul etmək səlahiyyətidir. TBMM Konstitusiyaya düzəlişlər etmək səlahiyyətinə malik olsa da, bu səlahiyyət Preambulada müəyyən edilmiş prinsiplərə uyğun hərəkət etmək və Konstitusiyanın bütövlüyünü nəzərə almaq (və düzəlişləri yalnız bu çərçivədə həyata keçirmək) tələbi ilə məhdudlaşır. Beləliklə, o, öz legitimliyini məhz bu kontekstdən əldə edir.
Konstitusiyanın 6-cı maddəsindəki "Heç bir şəxs və ya qurum Konstitusiyada təsbit edilmiş qanun olmadan dövlət hakimiyyətini həyata keçirə bilməz"[3] müddəasına əsasən, TBMM — qanunverici orqan kimi — Konstitusiyanı bütövlükdə və ya onun fundamental prinsiplərini rədd edərək yeni bir Konstitusiya hazırlamaq səlahiyyətinə malik deyil. Belə ki, Konstitusiyanın özü Məclisin hüquqi əsasını təşkil edir. Məclis, mövcud Konstitusiyanın prinsiplərini rədd edərək yeni bir Konstitusiya hazırlamaq səlahiyyətinə malik deyil.[4][5][6]
Konstitusiyaya sədaqət andı içmiş millət vəkilləri və ya partiyalar tərəfindən edilən bu cəhdlər, səlahiyyət həddini aşmaq və səlahiyyəti qəsb etmək cəhdi baxımından cinayət sayılır və bu, millət vəkillərinin legitimliyini şübhə altına alır və qanunu dəyişdirməyə cəhdlə nəticələnə bilər.[7]
Konstitusiya Məhkəməsi qanunvericilik və konstitusiya dəyişikliklərinin Konstitusiyaya həm də xalqın suveren hüquqlarını qoruyan ictimai müqaviləyə zidd olub-olmadığını nəzərət edir.
Konstitusiyanın preambulasında qeyd olunur ki, millətə məxsus suveren səlahiyyətlərin hakimiyyət bölgüsü prinsipinə uyğun şəkildə təşkili dövlət orqanları arasında üstünlük iyerarxiyasını nəzərdə tutmur; əksinə, bu, müəyyən dövlət səlahiyyətlərinin və vəzifələrinin həyata keçirilməsi ilə bağlı sivil əmək bölgüsü və əməkdaşlığı təşkil edir, ali qüvvə isə yalnız Konstitusiya və qanunlara məxsusdur.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, qanunvericilik hakimiyyəti türk milləti adından Türkiyə Böyük Millət Məclisinə məxsusdur. Türkiyə Böyük Millət Məclisinə ümumi seçkilər hər beş ildən bir azad, bərabər və birpilləli ümumi seçki hüququ prinsipləri əsasında keçirilir və məhkəmə orqanlarının ümumi rəhbərliyi və nəzarəti altında təşkil olunur. Seçkilərdə qalib gələn parlament üzvləri türk milləti qarşısında şərəf və ləyaqət andı içib Konstitusiyaya sadiq qalacaqlarına dair öhdəlik götürdükdən sonra Türkiyə Böyük Millət Məclisində beş illik müddətə fəaliyyət göstərmək hüququ qazanırlar. Türkiyə Böyük Millət Məclisinin üzvləri (parlament üzvləri) qanunvericilik toxunulmazlığına malikdirlər.
Yerlərin bölgüsü
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisində azı 20 millət vəkili təmsil olunan siyasi partiyalar parlament qrupu yaratmaq hüququna malikdirlər.[8] Hər bir partiya qrupunun öz intizam komissiyası mövcuddur. Əgər partiya sədri millət vəkilidirsə, o, avtomatik olaraq qrup rəhbəri vəzifəsini icra edir. Əgər partiya sədri millət vəkili deyilsə, daxili səsvermə yolu ilə qrup üzvlərindən biri qrup rəhbəri seçilir.[9]
Yenidənqurulması
[redaktə | vikimətni redaktə et]Qərar qəbulu üçün kvorum
[redaktə | vikimətni redaktə et]| Qərar | Kvorum |
|---|---|
| Prezident tərəfindən Ali Məhkəməyə müraciət | 400 |
| Konstitusiya düzəlişinin qəbul edilməsi | |
| Prezidentlə bağlı araşdırmanın qəbul edilməsi | 360 |
| Ümumi və ya xüsusi amnistiya elan edilməsi | |
| Təkrar seçkilərin təşkil olunması | |
| Konstitusiya düzəlişinin referendum yolu ilə qəbul edilməsi | |
| Prezidentlə bağlı araşdırma aparılması təklifi | 301 |
| Deputat mandatının ləğvi | |
| Konstitusiyaya dəyişiklik edilməsi təklifi | 200 |
| Konstitusiya Məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı iş | 120 |
| Fövqəladə iclas | |
| Ümumi müzakirə və parlament araşdırması keçirilməsi təklifi | 20 |
| Siyasi partiya qrupunun formalaşdırılması |
Andiçmə
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildikləri bölgəni və onları seçənləri deyil, bütün milləti təmsil edirlər. Konstitusiyanın 81-ci maddəsinə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisinin üzvləri vəzifələrinin icrasına başlayarkən aşağıdakı andı içirlər:
Böyük Türk milləti qarşısında şərəf və ləyaqətimə and içirəm ki: dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağam; hüququn aliliyinə, demokratik və dünyəvi Respublikaya, həmçinin Atatürkün prinsip və islahatlarına sarsılmaz şəkildə sadiq qalacağam; sosial sülh, milli həmrəylik və ədalət şəraitində hər kəsin insan hüquqlarından və əsas azadlıqlardan bəhrələndiyi idealdan, eləcə də Konstitusiyaya sədaqətdən kənara çıxmayacağam.
— Türkiyə Respublikasının Konstitusiyası, Maddə 81
Milli Məclisin sədri[10]
[redaktə | vikimətni redaktə et]Hər yeni qanunvericilik dövründə, seçkilər keçirilənədək ən yaşlı üzv sədr, ikinci ən yaşlı üzv isə sədr müavini vəzifəsini icra edir.[11] Qanunvericilik dövrü ərzində TBMM sədri seçkiləri iki dəfə keçirilir: birinci səlahiyyət müddəti iki il, ikinci müddət isə qanunvericilik dövrünün sonunadək davam edir.
Parlament bürosu
[redaktə | vikimətni redaktə et]Büro sədr, dörd sədr müavini, yeddi katib üzv və üç administrator vəzifəli şəxslərdən ibarətdir. Konstitusiyanın 94-cü maddəsinə əsasən, "Türkiyə Böyük Millət Məclisinin bürosu[12] Məclis üzvləri seçilmiş Məclis sədri, sədr müavinləri, katib üzvlər və inzibati vəzifəli şəxslərdən ibarətdir. Büro, Məclisdəki siyasi partiya qruplarının üzv saylarına mütənasib şəkildə iştirakını təmin edəcək tərzdə formalaşdırılır. Siyasi partiya qrupları Sədr vəzifəsinə namizəd irəli sürə bilməzlər. Bir qanunvericilik dövrü ərzində Türkiyə Böyük Millət Məclisinin Bürosu üçün iki seçki keçirilir. Birinci seçkidə seçilənlərin vəzifə müddəti iki il, ikinci dövrdə seçilənlərin müddəti isə üç ildir. Türkiyə Böyük Millət Məclisinin Sədri və Sədr müavinləri, vəzifələrinin tələb etdiyi hallar istisna olmaqla, üzv olduqları siyasi partiyanın və ya partiya qrupunun fəaliyyətində (istər Məclis daxilində, istərsə də xaricində) və ya Məclis müzakirələrində iştirak edə bilməzlər. İclasa sədrlik edən Sədr və ya Sədr müavini səs verə bilməz."[13]
Bu müddəalar Parlament sədrinin və Parlament bürosunun qərəzsizliyini təmin etmək məqsədi daşıyır.
Komissiyaları
[redaktə | vikimətni redaktə et]İxtisaslaşmış komitələr
[redaktə | vikimətni redaktə et]| Komissiya | Sədr | Sədrin partiyası | |
|---|---|---|---|
| TBMM-in Ədalət komissiyası | Cüneyt Yüksel | Ədalət və İnkişaf Partiyası | Ədalət və İnkişaf Partiyası |
| TBMM Konstitusiya komissiyası | Yusuf Beyazıt | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Avropa İttifaqı Uyğunlaşdırma komitəsi | Burhan Kayatürk | Ədalət və İnkişaf Partiyası | | |
| TBMM Yenidənqurma, Nəqliyyat və Turizm komitəsi | Adil Karaismailoğlu | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Ətraf Mühit komissiyası | Galib Ensarioğlu | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Xarici İşlər komissiyası | Fuat Oktay | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Ərizələr üzrə komissiyası | Sunay Karamık | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Rəqəmsal Media komissiyası | Nazım Elmas | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Təhlükəsizlik və Kəşfiyyat komissiyası | Veysəl Tipioğlu | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Daxili İşlər komissiyası | Süleyman Soylu | Ədalət və İnkişaf Partiyası | |
| TBMM İnsan Hüquqları üzrə Araşdırma komissiyası | Derya Yanık | Ədalət və İnkişaf Partiyası | |
| TBMM Qadınlar və kişilər üçün bərabər imkanlar üzrə komissiya | Çiğdem Erdoğan | Ədalət və İnkişaf Partiyası | |
| Dövlət İqtisadi Müəssisələri üzrə komissiya | Mustafa Savaş | Ədalət və İnkişaf Partiyası | |
| Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyası | Mahmut Özer | Ədalət və İnkişaf Partiyası | |
| Milli Müdafiə komissiyası | Hulusi Akar | Ədalət və İnkişaf Partiyası | |
| Plan və Büdcə komitəsi | Mehmet Muş | Ədalət və İnkişaf Partiyası | |
| Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsi | Vedat Bilgin | Ədalət və İnkişaf Partiyası | |
| Sənaye, ticarət, energetika, təbii sərvətlər, informasiya və texnologiyalar üzrə komitə | Mustafa Varank | Ədalət və İnkişaf Partiyası | |
| Kənd təsərrüfatı, meşəçilik komissiyası | Vahit Kirişçi | Ədalət və İnkişaf Partiyası | |
Millət vəkili statusu
[redaktə | vikimətni redaktə et]Millət vəkilləri müəyyən bir müddətə seçilirlər. Səlahiyyət müddəti başa çatdıqdan sonra onlar fəaliyyətlərini davam etdirmək üçün yenidən seçilməlidirlər. Millət vəkililləri müəyyən bir bölgəni təmsil edərək seçkilərdə iştirak etsələr və seçilsələr də, onlar yalnız həmin bölgəni deyil, bütün türk millətini təmsil edirlər. Dövlət qulluqçuları və rəsmi vəzifəli şəxslər parlament seçkilərində namizəd olmaq üçün öz vəzifələrindən istefa verməlidirlər. [14]
18 yaşı tamam olmuş hər hansı Türkiyə vətəndaşı TBBM üzvü seçilə bilər, lakin aşağıdakı xüsusiyyətlərə malik olanlar seçilə bilməzlər:
- İbtidai məktəbi bitirməyənlər.
- Oğurluq və ya dələduzluq kimi cinayətlərə görə məhkum olunmuş şəxslər.
- Hərbi xidmətdən azad edilməyənlər istisna olmaqla, hərbi xidmətini başa vurmayanlar.
- Ehtiyatsızlıqdan törədilən cinayətlər istisna olmaqla, azı bir il müddətinə ağır həbs cəzasına məhkum edilmiş şəxslər.
- Terror aktlarına görə məhkum olunmuş şəxslər.
Millət vəkili səlahiyyət müddəti ərzində — istər parlament daxilində, istərsə də ondan kənarda — verdiyi səslərə, etdiyi çıxışlara və bildirdiyi fikirlərə görə qanunvericilik məsuliyyətindən azaddır. Bu hüquq səlahiyyət müddəti başa çatdıqdan sonra da qüvvədə qalır. Parlament üzvü həmçinin səlahiyyət müddəti ərzində dindirilməmək, saxlanılmamaq və ya cinayət məsuliyyətinə cəlb olunmamaq hüququna, yəni qanunvericilik toxunulmazlığına malikdir. Bu hüquq yalnız səlahiyyət müddəti ilə məhdudlaşır.
TBMM birbaşa seçkilər yolu ilə formalaşır və türk milləti adından fəaliyyət göstərir. Parlamentin əsas vəzifələri icra hakimiyyətinə nəzarət etmək və qanunvericilik səlahiyyətini həyata keçirməkdir. TBMM tərəfindən qəbul edilən qanunlar Konstitusiya Məhkəməsinin nəzarətinə (yoxlamasına) tabedir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir.

Parlamentin Prosedur qaydaları
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisinin fəaliyyət prinsipləri Məclisin Daxili Nizamnaməsində müəyyən edilmişdir. Bu qaydaları Məclis özü müəyyən edir. 1961-ci ildə müvafiq olaraq Milli Məclis və Respublika Senatı tərəfindən tətbiq edilən iki ayrı Daxili Nizamnamə qüvvəyə minmişdi. 1973-cü ildə hər iki palatanın birgə iclaslarını tənzimləyən yeni bir Daxili Nizamnamə qəbul edildi. 1982-ci il Konstitusiyası ilə ikipalatalı sistem ləğv edildi və yalnız 1973-cü ildə qəbul edilmiş Daxili Nizamnamə qüvvədə qaldı.[15] 1973-cü ildə hazırlanmış Daxili Nizamnamə bu gün də qüvvədədir.[16]
Tarixi
[redaktə | vikimətni redaktə et]Türkiyənin siyasi tarixində ilk parlament Osmanlı dövründə, 19 mart 1877-ci ildə İstanbuldakı Dolmabağça sarayında keçirilən mərasimlə açılmışdır. Qanun-i Əsasiyə əsasən, bu məclis Məclisi-Əyan adlandırılmışdı. İki palatadan ibarət olan məclis ilk iclasını 20 mart 1877-ci ildə Sultanəhməddəki İstanbul Universitetinin binasında keçirmişdir. Qısaömürlü olan bu məclis Rusiya-Osmanlı müharibəsi səbəbindən buraxılmışdır. İkinci ümumi seçkilərdən sonra məclis 18 dekabr 1877-ci ildə yenidən toplanmış, lakin Sultan II Əbdülhəmid tərəfindən Qanun-i Əsasi 14 fevral 1878-ci ildə fəaliyyətinı dayandırılmışdır.[17]
1908-ci ildə seçki qanunvericiliyi nəzərə alınmaqla ilk seçkilər keçirildi. Səsvermə yaşının 25, seçilmək hüququ üçün yaş həddinin isə 30 müəyyən edildiyi bu seçkilərdə yalnız vergi ödəyiciləri səs verə bilirdilər. 17 dekabr 1908-ci ildə yenidən fəaliyyətə başlayan parlament İstanbulun işğalına qədər öz işini davam etdirdi. Üç il sonra İstanbulda ilk dəfə olaraq əlavə seçki (ara seçki) keçirildi. "Ahrar" Partiyası (Azadlıq Partiyası) və "İttihad və Tərəqqi" Komitəsinin iştirak etdiyi seçkilərdə "İttihad və Tərəqqi" Komitəsi səs çoxluğunu əldə etdi[18] və 4 dekabr 1908-ci ildə 3-cü Deputatlar Məclisi fəaliyyətə başladı. Parlament 31 Mart Hadisəsi və II Əbdülhəmidin taxtdan salınmasından sonra, 1909-cu ilin may ayında Konstitusiyaya dəyişikliklər edərək Sultanın və Senatın səlahiyyətlərini məhdudlaşdırdı, öz səlahiyyətlərini isə genişləndirdi.[19] 1911-ci ildə əhəmiyyətli siyasi nəticələr doğuran əlavə seçki keçirildi.[20]
Sultan VI Mehmed yeni seçkilər keçirmək məqsədilə, Mudros müqaviləsi imzalandıqdan sonra, 21 dekabr 1918-ci ildə parlamenti buraxdı.[21] Seçkilərdən sonra 6-cı Deputatlar Palatası ilk iclasını 12 yanvar 1920-ci ildə keçirdi. 16 mart 1920-ci ildə Antanta qüvvələrinin İstanbulu işğal etməsindən sonra, parlament konstitusiyaya zidd olaraq 11 aprel 1920-ci ildə bağlandı.[22] Parlamentin bağlanması ilə Böyük Millət Məclisi 23 aprel 1920-ci ildə Ankarada fəaliyyətə başladı və ölkəni faktiki olaraq idarə etməyə başladı.[23]
Təsis edilməsi
[redaktə | vikimətni redaktə et]İstiqlal müharibəsi dövrü
[redaktə | vikimətni redaktə et]1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Samsuna çıxaraq milli mübarizəni başlatdı. Mudros müqaviləsindən sonra o, təşkilatlar, birliklər və konqreslər təsis etməklə ölkənin müxtəlif bölgələrindəki işğallara qarşı müqavimət hərəkatlarını təşkil etdi.[24]
13 noyabr 1918-ci ildə Atatürk İldırım Ordular qrupu komandanlığını təhvil verdikdən sonra İstanbula gəldi. Britaniya, Fransa, İtaliya və Yunanıstanın hərbi gəmilərini gördükdə o, "Necə gəliblərsə, elə də gedəcəklər" demişdi. Sultan VI Mehmed və hökumətin onu İstanbuldan uzaqlaşdırmaq istəməsi səbəbindən Anadoluya keçdiyi bildirilir. Məhz orada müstəqillik mübarizəsinə başlamaq ideyası və qərarı formalaşmışdı.
Hərbi hissələrlə ilk əlaqə yaradan Atatürk oldu. O, 28 may tarixində Ankara və Diyarbəkirdə yerləşən korpusların komandirlərinə, həmçinin qubernatorlara və qəza rəhbərlərinə məktub göndərərək, ölkə miqyasında milli müqavimət təşkilatlarının yaradılmasına çağırış etdi. Yunan nəzarəti altında olan Manisa və Aydın şəhərlərində baş verən hadisələrin ardınca, o həmçinin işğala etiraz məqsədilə ictimaiyyətin səfərbər edilməsinin mitinqlər keçirməklə və işğalçıların hərəkətlərini pisləyən sərt məzmunlu teleqramların xarici dövlətlərin nümayəndələrinə və Babı-aliyə göndərilməsinin vacibliyini vurğulayırdı.[25]
TBMM Kitabxanası tərəfindən dərc edilmiş sənədə əsasən, Mustafa Kamal Atatürk iyunun 3-də komandirlərə və mülki idarəçilərə göndərdiyi şifrəli teleqramla yeni bir xəbərdarlıq etmişdir. Həmin teleqramda o, mövcud vəziyyəti və İstanbul Hökumətinin vəziyyətini izah etmişdir.
İyunun 8-də İstanbula çağırılan Mustafa Atatürk bu əmrə tabe olmamaq qərarına gəldi. Getməkdən imtina etməsi nəticəsində yaranacaq vəziyyəti nəzərə alaraq, o, bütün millətin birlik və həmrəyliyini təmin etmək üçün qadir olan bir qurum adından fəaliyyət göstərməyin daha məqsədəuyğun olduğu qənaətinə gəldi və iyunun 19-da Amasyada bu istiqamətdə addımlar atdı.
Amasya Bəyannaməsi və onun nəticələri
[redaktə | vikimətni redaktə et]Mustafa Atatürk milli təşkilatları mərkəzi idarəçilik altında birləşdirməyi hədəfləyən və iyunun 18-də Frakiya təşkilatına bildirdiyi qərarı, 21–22 iyun tarixlərində köməkçisi Cavad Abbas Gürərə yazdırdığı "Amasya Bəyannaməsi" vasitəsilə həyata keçirdi. Bu sənədin əsas prinsipləri aşağıdakılardır:
- Vətənin bütövlüyü, millətin müstəqilliyi təhlükədədir.
- Mərkəzi hökumət öz vəzifələrini yerinə yetirə bilmir və millətimizi məhv olmaq ərəfəsində qoyur.
- Millətin müstəqilliyini xilas etmək əzmi və qətiyyəti millətin özündədir.
- Müstəqil milli qurum millətin vəziyyətini müzakirə etmək və qanuni tələblərimizi dünyaya çatdırmaq üçün vacibdir.
- Anadolunun ən təhlükəsiz yeri olan Sivasda ən qısa zamanda milli konqres çağırılmalıdır.
- Bunun üçün təcili olaraq hər vilayətdən üç etibarlı nümayəndə göndərmək lazımdır ki, onlar iclasa vaxtında gəlsinlər.
- İstənilən xoşagəlməz hallara qarşı tədbir olaraq, məsələ milli sirr olaraq saxlanmalı və lazım gələrsə, nümayəndələr səyahətlərini gizli şəkildə davam etdirməlidirlər.
- İyulun 10-da Ərzurumda şərq vilayətləri adından qurultay çağırılacaq. Həmin tarixə qədər digər vilayətlərdən nümayəndələr Sivasa gələrsə, Ərzurum Konqresinin üzvləri də Sivasdakı ümumi yığıncaqda iştirak etmək üçün yola düşəcəklər.
Bu Bəyannamə Atatürkün tapşırığı ilə Amasiyada olan Əli Fuad Cəbəsoy, Rauf Orbay və Rəfət Bələ tərəfindən imzalanmış və şifrələnmiş teleqram vasitəsilə bütün mülki və hərbi orqanlara göndərilmişdir.[26] Sivas Konqresi bu Bəyannamədən sonra toplanmışdır.[24]
Ərzurum Konqresi
[redaktə | vikimətni redaktə et]1919-cu ildə Ərzurumda fəaliyyətə başlayan "Şərq Vilayətlərinin Milli Hüquqlarını Müdafiə Cəmiyyəti" (Vilâyât-ı Şarkiye Müdâfaa-i Hukuk-ı Milliye Cemiyeti) Şərq vilayətlərinin türk torpağı olduğunu vurğulayan Cəmiyyət yaratmağa qərarına gəldi. Cavad bəy və Kazım Özalpın rəhbərlik etdiyi müvəqqəti komitə, Cəmiyyətin Ərzurum şöbəsinin açılması xahişi ilə Ərzurum Valiliyinə müraciət etdi. Cəmiyyət fikir və fəaliyyət birliyini təmin edən təşkilatı struktur yaratmağa çalışır və "Albayrak" qəzeti vasitəsilə türk-kürd birliyini təbliğ edirdi. Kazım Qarabəkirin 15-ci Ordu Korpusunun komandanı təyin edilməsinin Cəmiyyətə əhəmiyyətli təsir göstərdiyi qeyd olunur. Ərzurum şöbəsinin qurultayı Osmanlı ərazi bütövlüyünün və milli varlığın qorunması, köməkçi təşkilatların yaradılması və kəndlilərin silahlandırılması ilə bağlı qərarların qəbul edilməsi ilə yekunlaşdı. Mustafa Kamal Atatürkün Ərzuruma gəlişindən və hərbi xidmətdən istefa verməsindən sonra Cəmiyyətin rəhbərliyi dəyişdi və şərq vilayətlərini əhatə edən bir qurultayın Ərzurumda keçirilməsi qərara alındı. Cəmiyyətin yerli şöbələrindən nümayəndələr seçildi. Atatürk və Rauf Orbay Ərzurum Qurultayında iştirak etmək məqsədilə Ərzurum nümayəndəsi vəzifələrindən istefa verdilər və onların yerlərinə digər nümayəndələr təyin olundu.[24]
Ərzurum Konqresi 23 iyul 1919-cu ildə toplandı. Nümayəndələr yekdilliklə Mustafa Kamal Atatürkü sədr seçdilər. Mustafa Kamal çıxışında barışıq şərtlərinin pozulması ilə həyata keçirilən hücum və işğallardan bəhs etdi və tarixin bir millətin mövcudluğunu və hüquqlarını inkar edə bilməyəcəyini vurğulamışdır.[24]
Vətənin və millətin müqəddəs dəyərlərini qorumaq naminə milli hərəkatın ruhunu və iradəsini səfərbər etmək əzminin vacibliyini vurğulayan o, "Milli İradə"yə (*İrâde-i Milliye*) əsaslanaraq Anadoludan hərəkətə keçməyin mümkün olduğunu bildirdi. Qurultay 14 gün davam etdi, ölkənin vəziyyəti və üzləşdiyi problemlər müzakirə edildi. “Şərqi Anadolu Haqqlarını Müdafiə Cəmiyyəti” adı altında təşkilatın yaradılması və İstanbuldakı cəmiyyətlə əlaqələrin kəsilməsi ilə bağlı yeni nizamnamə qəbul edildi və “Təmsil Heyəti”nin (Heyet-i Təmsiliyyə) seçilməsi ilə proses yekunlaşdı. Atatürk yekun nitqində millətin ümidi ilə oraya toplaşdığını, vətənin, xalqın xilası üçün mühüm qərarların verildiyini bildirdi. Xülasə olaraq, konqresdə qəbul edilən qərarlar aşağıdakı prinsipləri əhatə edirdi:[24]
- Vətənin bütün bölgələri bölünməz bir bütöv təşkil edir.
- Xarici işğallara və müdaxilələrə qarşı müqavimət göstəriləcək. Osmanlı hökuməti çökərsə, millət özünü müdafiə etmək üçün birləşəcək.
- Mərkəzi hökumətin ölkənin müdafiəsini və müstəqilliyini təmin etmək səlahiyyətinə malik olmadığı təqdirdə, Milli Konqres tərəfindən seçilən müvəqqəti hökumət təşkil olunmalıdır. Konqres iclasda olmadığı halda, bu seçki Nümayəndələr Komitəsi tərəfindən həyata keçiriləcək.
- Milli gücü səfərbər etmək və milli iradənin suverenliyini təmin etmək vacibdir.
- Xristian azlıqlara siyasi suverenlik və ya sosial tarazlığı pozan imtiyazlar verilməməlidir.
- Mandatlar və protektoratlar qəbuledilməzdir.
- Milli Məclisin dərhal çağırılması və hökumətin Assambleyanın nəzarətində qalmasını təmin etmək üçün səylər göstərilməlidir.
Bu prinsiplər bəyannamə şəklində hər yerə, o cümlədən xarici nümayəndəliklərə çatdırıldı və əlavə olaraq, çoxaldılması və yayılması barədə təlimatlarla birlikdə komandirlərə və etibarlı rəsmilərə göndərildi. Məqsəd həm ölkə daxilində, həm də xaricdə hər kəsin bu prinsiplərlə tanış olmasını təmin etmək idi. Ərzurum Konqresi milli müqavimətin təməlini qoydu və azadlıq yolunda ilk kollektiv fəaliyyəti təşkil etdi.[24]
Anadolu və Rumeli Hüquqlarını Müdafiə Cəmiyyətinin təsis edilməsi
[redaktə | vikimətni redaktə et]Konqresin yeddinci ümumi iclası sentyabrın 10-da keçirildi. İclas zamanı əvvəlcədən yaradılmış komissiya tərəfindən Amerika Konqresinə göndəriləcək məktubun məzmunu müzakirə olundu. Məktubda Konqres üzvləri və onların təmsil etdiyi bölgələr qeyd olunur, eyni zamanda sülh yolu ilə yerində araşdırma aparılmasının vacibliyi vurğulanırdı. Məktubun qəbul edilməsindən sonra Nizamnamə ilə bağlı müzakirələr yekunlaşdı.
Bu kontekstdə Cəmiyyətin adı "Şərqi Anadolu Hüquqlarını Müdafiə Cəmiyyəti"ndən "Anadolu və Rumeli Hüquqlarını Müdafiə Cəmiyyəti"nə dəyişdirildi. Nümayəndələr Heyətinin bütün vətəni təmsil edəcəyi vurğulanaraq, mövcud siyahıya altı yeni üzv əlavə edildi. Bundan əlavə, istənilən işğal və ya müdaxiləyə — xüsusilə də yunan və ya erməni qurumları yaratmağa yönəlmiş fəaliyyətlərə qarşı kollektiv müdafiə və müqavimət prinsipi dəqiq şəkildə müəyyən edildi.
Konqresdə qəbul edilməsi nəzərdə tutulan bəyannamənin oxunması və büdcə ilə maliyyə məsələlərinə dair qərarların qəbul edilməsindən sonra, Qərbi Anadolunu təmsil etmək məqsədilə Nümayəndə Heyətinə altı yeni üzvün əlavə edilməsi qərara alındı. Nümayəndə Heyəti seçildikdən sonra konqresin işi başa çatdı. İstiqlaliyyət Müharibəsindən sonra Cəmiyyət Cümhuriyyət Xalq Partiyasına çevrildi.[27]
İstanbul Deputatlar Palatası
[redaktə | vikimətni redaktə et]Sivas Konqresinin başa çatmasından dərhal sonra Nümayəndə Heyəti korpus və diviziya komandirlərinə, qubernatorlara və inzibati dairə rəhbərlərinə, şəhər başçılarına, eləcə də Hüquqların Müdafiəsi Cəmiyyətlərinin mərkəzi komitələrinə ünvanlanmış 13 sentyabr 1919-cu il tarixli bir Bəyannamə yayımladı.
Bu sənəddə Milli Məclisin təcili çağırılması və seçilməsi, millətin hüquqlarının qorunması və mövcudluğunun təmin edilməsi baxımından həyatı əhəmiyyət daşıdığı vurğulanır, həmçinin seçkilərə hazırlıq işlərinə başlanılması tapşırılırdı. Daha sonra, Deputatlar Palatasına parlament seçkilərinin 1919-cu il oktyabrın 7-də başlayacağı elan edildi.[24]
Martın 8-də Saleh Hulusi Paşanın rəhbərliyi ilə yeni hökumət kabineti qurulsa da, İstanbulda "Kuva-yi Milliye" (Milli Qüvvələr) hərəkatına qarşı tədbirlər davam edirdi. Martın 15-də Antanta dövlətləri 150 hərbi və mülki şəxsi həbs etdi. Ertəsi gün Böyük Britaniya, Fransa və İtaliyanın ali komissarları tərəfindən imzalanmış və İstanbulun hərbi işğal rejimi altına alındığını elan edən diplomatik nota Saleh Hulusi Paşaya təqdim olundu. İşğal faktiki olaraq martın 16-sı saat 16:00-da başladı.
Türkiyə Böyük Millət Məclisinin "Parlament Tarixi" adlı nəşrinə əsasən, işğal xəbərini aldıqdan sonra Atatürk xarici dövlətlərin parlamentlərinə, xarici işlər nazirlərinə və siyasi təmsilçilərinə göndərdiyi teleqramlarda bildirmişdi: "Osmanlı millətinin siyasi suverenliyinə və müstəqilliyinə vurulan bu son zərbəyə qarşı həyatımızı hər nə bahasına olsa da müdafiə etməkdə qərarlıyıq". Bundan əlavə, o, yaydığı bəyanatla millətə və bütün dünyaya elan etmişdi ki, "bu işğal Osmanlı Dövlətinin yeddi yüz illik mövcudluğuna və suverenliyinə son qoymuşdur". Bununla da o, türk millətinin sivilizasiya potensialının, yaşamaq və müstəqillik hüququnun, eləcə də bütün gələcəyinin müdafiə olunması çağırışını etmişdi.[24]
Ankarada məclisin toplanması
[redaktə | vikimətni redaktə et]Atatürk, əvvəlcə "Müəssislər Məclisi" kimi nəzərdə tutduğu məclisin əsl məqsədinin ictimaiyyət tərəfindən yanlış anlaşıla və ya layiqincə qiymətləndirilməyə biləcəyini düşünərək, "fövqəladə səlahiyyətlərə malik məclis"in çağırılması qərarını elan etdi. 1920-ci il martın 19-da Nümayəndələr Heyəti müvafiq qurumlara bu orqan üçün təcili seçkilərin keçirilməsi zərurəti barədə göstəriş verdi.[24]
O dövrdə qüvvədə olan 24 dekabr 1876-cı il tarixli Konstitusiyaya (Qanuni-Əsasi) uyğun olaraq hazırlanmış "Millət vəkillərin seçilməsi haqqında Qanun Layihəsi" və ona əlavə edilmiş qaydalara əsasən müəyyən edildi:
a) Hər bölgədən hər 50 000 kişi sakinə bir parlament üzvü seçilməlidir.
b) 25 yaşına çatmış və dövlətə vergi ödəyən Osmanlı vətəndaşı səsvermə hüququna malikdir.
c) Seçkilər iki mərhələdə keçiriləcək: birinci mərhələdə seçicilər seçici nümayəndələrini, ikinci mərhələdə isə həmin nümayəndələr parlament üzvlərini seçirlər.
d) millət vəkili seçilmək üçün şəxsin 30 yaşı tamam olmalıdır.
Bununla belə, Nümayəndələr Komitəsinin 19 mart 1920-ci il tarixli seçki təlimatında seçicilərin nisbəti, seçicilər korpusunun tərkibi, seçki komissiyaları və seçkilərdə iştirak üçün yaş həddi ilə bağlı qanunvericilik müddəaları dəyişilməklə belə qərara alındı:
aa) əhali sayından asılı olmayaraq, hər inzibati bölgədən beş nümayəndə seçilsin
bb) qeyri-müsəlmanlar seçkilərdə iştirak etməsin və vergi ödəyicisi statusu məcburi tələb olmasın
cc) Millət vəkillərin seçkisi bir gündə və vahid iclas çərçivəsində keçirilməlidir. Seçkilər seçicilər tərəfindən deyil, Baş Assambleya və bələdiyyə şuralarının üzvlərindən, habelə hüquq-müdafiə orqanlarının mərkəzi və ya inzibati komitələrinin üzvlərindən ibarət bir qurum tərəfindən həyata keçirilməlidir
dd) istənilən partiya, cəmiyyət və ya qrup namizəd irəli sürə bilməli, hər hansı fiziki şəxs isə müstəqil namizəd kimi seçkilərdə iştirak edə bilməlidir
ee) Ankarada kvorumun təmin edilməsi məqsədilə seçkilər maksimum 15 gün ərzində başa çatdırılmalıdır.
Beləliklə, 66 seçki dairəsindən 349 deputat seçildi. İstanbul məclisindən gələn 88 deputat da nəzərə alındıqda, deputatların ümumi sayı 437-yə çatdı. Lakin 34 deputatın istefa verməsi səbəbindən birinci çağırışda millət vəkillərin yekun sayı 403 təşkil etdi.[24]
Parlamentin açılışına hazırlıqlar
[redaktə | vikimətni redaktə et]
Nümayəndələr Komitəsinin 19 mart 1920-ci il tarixli seçki təlimatına uyğun olaraq seçilmiş deputatlar aprel ayının əvvəllərindən etibarən Ankaraya gəlməyə başladılar. Lakin şəhərdə yaşayış yeri qıtlığı səbəbindən kirayə mənzil tapmaq çətinlik törədirdi. Nəticədə, əvvəllər Kişi Müəllimlər Seminariyası kimi fəaliyyət göstərmiş və sonradan Maarif Nazirliyi tərəfindən istifadə olunmuş binada millət vəkilləri üçün mehmanxana təşkil edildi.
Ayrı bir məsələ Assambleya iclaslarının keçiriləcəyi məkanla bağlı idi. Nəhayət, muzey kimi fəaliyyət göstərən bina 20-ci Ordu Korpusu və Ankara Hüquqları Müdafiə Cəmiyyətinin səyləri nəticəsində hazırlandı.
Türkiyə Böyük Millət Məclisi 23 aprel 1920-ci il tarixində, cümə günü, saat 13:45-də toplandı. Açılışa sədrlik edən ən yaşlı üzv və Sinop millət vəkili Mehmet Şerif Avcıoğlu idi. O, kürsüyə çıxdı və Məclisin ilk iclasını bir nitqlə açdı:
Bu mötəbər məclisin ən yaşlı üzvü qismində və Allahın köməyi ilə Böyük Millət Məclisini açıq elan edirəm; bununla da bütün dünyaya bəyan edirəm ki, millətimiz öz taleyinin məsuliyyətini bilavasitə öz üzərinə götürmüş və tam daxili və xarici müstəqillik şəraitində özünü idarə etməyə başlamışdır.
Bu açılış nitqində milli suverenliyə əsaslanan yeni Türkiyə parlamentinin adı həm də "Böyük Millət Məclisi" olaraq müəyyən edildi.[28]
Türkiyə Böyük Millət Məclisi 24 aprel 1920-ci ildə keçirilən ikinci iclasında Mustafa Kamal Atatürkü özünə sədr seçdi. Atatürk, Respublikanın Prezidenti seçildiyi 29 oktyabr 1923-cü il tarixinə qədər — məhz onun rəhbərliyi altında təsis edilmiş — TBMM-ə rəhbərlik etdi.[29]
1923-1927
[redaktə | vikimətni redaktə et]
Lozanna müqaviləsi
[redaktə | vikimətni redaktə et]İstiqlal Müharibəsində qələbə qazanan Türkiyə Böyük Millət Məclisi idarəçiliyi öz üzərinə götürdü və İkinci Türkiyə Böyük Millət Məclisini formalaşdırdı. Birinci Dünya Müharibəsindən sonra Mudros müqaviləsi imzalandı, lakin Müttəfiq dövlətlər atəşkəs şərtlərini pozaraq ölkəni, o cümlədən İstanbulu işğal etməyə başladılar. Hökumətin acizliyi və mübahisəli mövqeyinə cavab olaraq müqavimət təşkilatları yaradıldı. Mustafa Kamalın 19 may 1919-cu ildə Samsuna gəlişi, milli birlik idealı ətrafında birləşən bu təşkilatların səfərbər olunmasına və güclənməsinə təkan verdi. Bir sıra konqreslər vasitəsilə birləşən bu qruplar Milli Ordunu formalaşdırdılar. Hərbi və siyasi uğurlarla müşayiət olunan milli azadlıq mübarizəsi 30 avqust 1922-ci ildə "Baş Komandanlıq Meydan Müharibəsi" ilə kulminasiya nöqtəsinə çatdı. Bu döyüşdən sonra İstanbuldakı Fransa, Böyük Britaniya və İtaliya ali komissarları Yunanıstan hökumətinin atəşkəs tələbini Ankara hökumətinə çatdırdılar.[30]
Türkiyənin nümayəndəsi İsmət İnönü çərşənbə axşamı, iyulun 24-də, saat 15:09-da Mustafa Kamalın ona hədiyyə etdiyi qızıl qələmlə ilk imzanı atdı. Bu mərasimlə Osmanlı İmperiyası öz tarixi rolunu faktiki olaraq başa çatdırdı və yeni türk dövlətinin təməli qoyuldu. Bu, doqquz il davam etmiş bir dövrün sonu demək idi. Türk nümayəndə heyətinin bütün sənədləri imzalaması yeddi dəqiqə çəkdi. Bundan sonra digər dövlətlər də Türkiyədən nümunə götürərək öz sazişlərini imzaladılar. Konfransın sədri — İsveçrə Konfederasiyasının Prezidenti Şoyrer — yekun nitqində bəyan etdi: "Heç bir millət öz hüquqlarından məhrum edilə bilməz" və "Qələbə türklərindir; onlar qəhrəmancasına mübarizə ilə öz hüquqlarını qorudular".[30]
Lozanna Müqaviləsi uzun və çətin danışıqlardan sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqləndi.[31] Türklərin arzusu — Mustafa Kamalın Sivasda amerikalı general Harbordla söhbəti zamanı ifadə etdiyi kimi — parçalanmış ölkəni birləşdirmək, müstəqil dövlət və azad millət olmaq idi.[30]
Respublika dövründə çoxpartiyalı sistemin tətbiqi ilə bağlı ilk cəhd 1924-cü ildə, Atatürkün təşəbbüsü ilə, cəmi bir neçə ay sonra fəaliyyətinə xitam verilən Tərəqqipərvər Cümhuriyyət Partiyasının təsis edilməsi ilə həyata keçirilmişdir.
1930-1946
[redaktə | vikimətni redaktə et]
Altı illik təkpartiyalı idarəçilikdən sonra, 1930-cu ildə Fəthi Okyar Atatürkün təşəbbüsü ilə Sərbəst Cümhuriyyət Firqəsini təsis etdi. Lakin ölkənin şərqində baş verən üsyanlar səbəbindən bu partiya elə həmin ilin 17 noyabr tarixində ləğv edildi.[32]
Atatürkün vəfatından sonra İsmət İnönü Türkiyə prezidenti seçildi. Həmin vaxta qədər ölkə təkpartiyalı idarəçilik rejimi ilə idarə olunurdu. İnönü dövründə Türkiyədə iki ümumi seçki keçirildi: 1939-cu və 1943-cü illərdə. Bundan əlavə, müəyyən seçki dairələrində boş qalmış parlament yerlərini doldurmaq məqsədilə 1938, 1939, 1943, 1944 və 1945-ci illərdə əlavə seçkilər keçirildi.
1939-cu il ümumi seçkiləri, Deputatların Seçilməsi haqqında 1908-ci il tarixli Qanun əsasında keçirilən sonuncu seçkilər idi. 1939-cu ilin yanvarında Böyük Millət Məclisi yeni seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. Mətbuatda seçkilərlə bağlı məlumatlar tez-tez dərc olunurdu. Cümhuriyyət Xalq Partiyası bütün əyalətlərdə namizədlər irəli sürəcəyini, lakin onlardan bəzilərində müstəqil millət vəkilləri üçün yerləri boş saxlayacağını elan etdi.
O vaxt Millət vəkili olmaq istəyənlərin sayının bir neçə minə çatdığı bildirilirdi.[30]
1946-1960
[redaktə | vikimətni redaktə et]Respublikanın ilk çoxpartiyalı seçkiləri 1946-cı ildə keçirildi.[33] Hakimiyyətdəki Cümhuriyyət Xalq Partiyası parlamentdə 397 yer qazandığı halda, müxalifətdəki Demokrat Partiyası 61 yer əldə etdi. Seçki qanunvericiliyinə edilən dəyişikliklərdən sonra 1950-ci il seçkiləri gizli səsvermə və açıq səs sayımı prinsipi əsasında keçirildi. Bu sistemlə keçirilən ilk seçkilərdə Demokrat Partiyası qalib gələrək parlamentdə 416 yer qazandı. Əsas müxalifət qüvvəsinə çevrilən Cümhuriyyət Xalq Partiyası 69 yer əldə etdiyi halda, Millət Partiyası bir yer qazandı.[34]
Təqdim olunan müşahidələr, 1950-ci illərdə Türkiyədə Demokrat Partiyanın hakimiyyətə gəlməsi və həmin dövrün siyasi mühiti ilə bağlı müxtəlif alim və mütəxəssislərin fikirlərini əks etdirir. Əsas məqamları:[35]
- Professor Bernard Levisin fikrincə, Atatürk dövründən sonra Türkiyənin demokratik inkişafında ən mühüm dönüş nöqtəsi müxalifətin qəti qələbəsi ilə nəticələnən 1950-ci ilin azad və ədalətli seçkiləri olmuşdur.
- Professor Dr. Mim Kemal Öke, Demokrat Partiyanın hakimiyyətə gəlməsini cəmiyyət yönümlü siyasi prosesə keçiddə mühüm bir mərhələ kimi qiymətləndirir. Bununla belə, o qeyd edir ki, zaman keçdikcə partiya populist demokratiyadan avtoritar populizmə doğru istiqaməti dəyişib.
- Tədqiqatçı Erdinç Yazıcının fikrincə, 1950-1960-cı illər dövrü Türkiyə üçün infrastrukturun inkişafı və sənayeləşmə baxımından mühüm bir mərhələ olmuşdur. Bu müddət ərzində DP ənənəvi təməlləri dəyişdirən sosial transformasiyalara təkan vermişdir.
- Alim Ömer Çahanın iddiasına görə, Demokrat Partiyanın (DP) hakimiyyətə gəlməsi ilə Türkiyədəki respublika həqiqətən də xalqa əsaslanan bir idarəetmə formasına çevrildi.
- Dosent Dr. Vedat Bilgi, Demokrat Partiyasının hakimiyyətə gəlməsi Türkiyədə dövlət ilə cəmiyyət arasındakı siyasi uçurumu üzə çıxarmış, bu da ictimai nəzarətin artmasına və vətəndaşların daha fəal iştirakına səbəb olmuşdur.
- Suavi Tuncay qeyd edir ki, Demokrat Partiyasının iqtisadi və siyasi gündəliyi Türkiyə demokratiyası üçün böyük əhəmiyyət kəsb edirdi.
- Professor Dr. Turan Günəş bildirir ki, 1950-ci illərdə Türkiyə az inkişaf etmiş bir ölkə idi, Cümhuriyyət Xalq Partiyasının xalqla əlaqələri zəifləmiş, Demokrat Partiyası isə siyasi mənzərəni dəyişdirmişdi.
1957-ci il seçkilərindən sonra müxalifət öz mövqeyini gücləndirdi və hakim partiyaya qarşı vahid cəbhə yaratdı. Hökumət ilə müxalifət arasındakı qarşıdurma siyasi sistemlə bağlı məsələlər ətrafında cərəyan edirdi, iqtisadi çətinliklər isə müxalifətə ictimai dəstək qazanmaq imkanı verirdi. İttihamları əsaslandırmaq hüququ və mətbuat haqqında qanuna ediləcək dəyişikliklərlə bağlı davam edən müzakirələr fonunda mətbuat da əsasən müxalifətin tərəfində dayanırdı.
Siyasi vəziyyət gərginləşdikcə, hökumət mətbuat və müxalifətin fəaliyyətini araşdırmaq, həmçinin onlara qarşı təzyiqləri gücləndirmək məqsədilə parlamentin təhqiqat komissiyasını yaratmaq qərarına gəldi. Respublika Xalq Partiyasının parlament qrupu adından çıxış edən İsmət İnönü hökumətin seçkilərə əlverişli şəraitdə getmək və səslərin 96,6%-ni qazanaraq hakimiyyətə qayıtmaq məqsədilə bu tədbirləri həyata keçirdiyini bildirdi, lakin vətəndaşların belə bir ssenarinin gerçəkləşməsinə imkan verməyəcəyini vurğuladı. Qanun qəbul edildikdən sonra genişmiqyaslı etiraz aksiyaları başladı. Bu etirazlar, Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi çevrilişlə Demokrat Partiyasının hakimiyyətinə son qoyulduğu 27 may 1960-cı il tarixinə qədər davam etdi.[35]
27 may çevrilişindən sonra Respublika Senatı iki palatalı sistem qəbul etdi. Sistem 12 sentyabr 1980-ci il çevrilişinə qədər qüvvədə qaldı.
1960-1980
[redaktə | vikimətni redaktə et]27 may 1960-cı il hərbi müdaxiləsindən sonra Demokrat Partiyasının on illik hakimiyyətinə son qoyuldu və yeni yaranmaqda olan demokratik siyasi rejimin taleyini həll etdi. Bu müdaxilə Türkiyənin konstitusiya quruluşunu köklü şəkildə dəyişdirən 1961-ci il Konstitusiyasının qəbul edilməsinin birbaşa səbəbi hesab olunur.
1960-cı il dövlət çevrilişindən sonra Baş nazir Adnan Menderes, Prezident Cəlal Bayar və Parlamentin digər üzvləri həbs olundular. 1961-ci il Konstitusiyası ilə təsis edilmiş Milli Məclis və Respublika Senatı Türkiyə Böyük Millət Məclisinin iki palatasını təşkil edirdi. Milli Məclis və Respublika Senatının sədrləri müvafiq palatalar tərəfindən iki illik müddətə, gizli səsvermə yolu ilə və ümumi üzv sayının üçdə iki hissəsinin səs çoxluğu ilə seçilirdi; ilk iki səsvermə turunda belə çoxluq əldə edilmədikdə, mütləq çoxluq kifayət edirdi. Parlamentdəki siyasi partiya qrupları parlament rəhbərliyi vəzifələrinə namizədlər irəli sürə bilməzdilər.[36]
25 oktyabr 1961-ci ildə Türkiyə Böyük Millət Məclisinin 12-ci çağırışı fəaliyyətə başladı və hərbi rejim başa çatdı.[37] 12 mart 1971-ci ildə hərbçilər tərəfindən elan edilən memorandumdan sonra partiyasız texnokrat hökumətlər quruldu. Nihad Erimin baş nazirliyi dövründə formalaşdırılan hökumətlərdən sonra hərbi təzyiq azaldı.
1980-2018
[redaktə | vikimətni redaktə et]12 sentyabr 1980-ci il çevrilişindən sonra qəbul edilən 1982-ci il Konstitusiyası[38] ilə qanunverici orqanın hər iki palatası ləğv edildi və ölkə bir palatalı sistemə keçdi. 1982-ci il Konstitusiyasının layihəsini hazırlamaq məqsədilə təsis edilmiş Məşvərətçi Məclis əvvəlcə öz üzvləri arasından 15 nəfərdən ibarət Konstitusiya Komissiyası seçdi. 23 oktyabr 1981-ci ildə toplanan Məşvərətçi Məclis yeni Konstitusiyanın layihəsini hazırlamağa başladı.[39] Kənan Əvrən layihəyə dördüncü bir maddə əlavə etdirdi. Həmin maddədə Konstitusiyanın ilk üç maddəsinin "dəyişdirilə bilməyəcəyi və onlara hər hansı dəyişiklik təklifinin də irəli sürülə bilməyəcəyi" təsbit olunurdu. Həmin dövrün qlobal tendensiyasına uyğun olaraq, yeni konstitusiya dövlət quruluşunda icra hakimiyyətini gücləndirirdi. 1982-ci il Konstitusiyası bu güclənməni bir tərəfdən prezidentin səlahiyyətlərini genişləndirmək, digər tərəfdən isə Nazirlər Kabinetində baş nazirin aparıcı rolunu təsbit etmək yolu ilə təmin etməyi nəzərdə tuturdu.
Konstitusiya 7 noyabr 1982-ci il bazar günü keçirilən referendumda 91,37% səs çoxluğu ilə təsdiqləndi.[40] 6 noyabr 1983-cü ildə ümumi parlament seçkiləri keçirildi və 6 dekabr 1983-cü ildə Türkiyə Böyük Millət Məclisinin Rəyasət Heyəti formalaşdırıldı. Həmin tarixdə Konstitusiyanın 177-ci maddəsinə uyğun olaraq, Milli Təhlükəsizlik Şurası və Məşvərət Məclisinin hüquqi fəaliyyətinə xitam verildi. Qəbul edilmiş Konstitusiyanın hərbi idarəçilik dövründə həyata keçirilən hərəkətlərə görə Milli Təhlükəsizlik Şurası, Hökumət və Müəssislər Məclisi üzvlərinin məsuliyyətə cəlb edilməsini qadağan edən 15-ci keçid maddəsi, 2010-cu ildə Türkiyədə konstitusiya dəyişiklikləri üzrə keçirilən referenduma qədər ləğv edilmədi.

2002-ci ildə keçirilən parlament seçkilərindən sonra parlamentə yalnız iki siyasi partiya daxil oldu. Fəaliyyətdə olan 550 deputatdan xeyli hissəsi yenidən seçilə bilmədi. Bu hadisə Türkiyənin siyasi sistemini kökündən sarsıdan ciddi bir dəyişiklik kimi qiymətləndirildi. 1999-cu ildə seçki baryerini keçmiş bütün siyasi partiyalar bu dəfə həmin nəticəni əldə edə bilmədilər: DYP səslərin 9,55%, MHP 8,34%, Gənc Partiya 7,25%, Demokratik Xalq Partiyası 6,23%, ANAP 5,13%-ni, Səadət 2,48%-ni və DSP 1,22% səs topladı. Seçkilərdə səslərin sayı misli görünməmiş bir həddə – ümumi səslərin 46,33%-nı təşkil edən 14 545 438-ə çatdı. Nəticədə, Ərdoğanın rəhbərlik etdiyi AK Partiya səslərin 34,28%-nı toplayaraq, Türkiyə Böyük Millət Məclisindəki yerlərin üçdə ikisindən çoxunu əldə etdi. Eyni zamanda, 1999-cu ildə seçki baryerini keçə bilməyən Baykalın rəhbərlik etdiyi CHP səslərin 19,39%-ı ilə əsas müxalifət partiyasına çevrildi.
2007-ci il Prezident seçkiləri dövründə səsvermədə azı 367 nəfərin iştirak etməli olduğu, əks təqdirdə nəticənin etibarsız sayılacağı iddia edilirdi. Bu iddiaya görə, 354 yerə sahib olan hakim partiya yalnız öz səsləri ilə prezident seçə bilməzdi. AK Partiya namizəd qismində Kayseri millət vəkili və o vaxtkı Xarici işlər naziri Abdullah Gülün namizədliyini irəli sürdü.[41] Səsvermənin birinci mərhələsi 27 apreldə keçirildi. Ümumilikdə 361 səsdən 357-sini Abdullah Gül qazandı. Səsvermədən dərhal sonra CHP seçkinin nəticələrinə etiraz edərək Konstitusiya Məhkəməsində müraciyyət etdi.[42] Konstitusiya Məhkəməsi mayın 1-də çıxardığı qərarla 367 saylı iddianı qəbul edərək səsvermənin birinci turunu ləğv etdi.[43]
Bu hadisədən sonra Konstitusiyaya müəyyən dəyişikliklər edildi. Ümumi seçkilər arasındakı müddət beş ildən dörd ilə endirildi. Prezidentin parlament tərəfindən deyil, iki mərhələli səsvermə yolu ilə xalq tərəfindən seçilməsi qərara alındı, səlahiyyət müddəti yeddi ildən beş ilə qısaldıldı və Prezidentin iki dəfə seçilməsinə imkan yaradıldı.[44] Dəyişikliklər paketi parlamentdə 376 səslə qəbul edildi.[45] Prezident Əhməd Necdət Sezər düzəlişləri "rejimi təhlükə altına atdığı" əsası ilə veto etdi.[46] Düzəlişlər paketi eyni formada yenidən təqdim edildi və 370 səslə qəbul olundu.[47] Konstitusiya düzəlişləri, 21 oktyabr 2007-ci ildə keçirilən və səslərin 68,95%-i ilə təsdiqləndiyi ümumxalq referendumundan sonra qüvvədə mindi.[48]
2018-ci ildən bu günə
[redaktə | vikimətni redaktə et]
2017-ci ildə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra, Prezident idarəetmə sistemi çərçivəsində Türkiyə Böyük Millət Məclisinə ilk ümumi seçkilər 24 iyun 2018-ci ildə keçirildi.[49] Baş nazir vəzifəsi ləğvi ilə icra hakimiyyəti tamamilə Prezidentin əlində cəmləşdi və Baş nazir vəzifəsi 110 illik mövcudluqdan sonra aradan qaldırıldı. Parlamentdəki yerlərin sayı 550-dən 600-ə çatdırıldı, parlament seçkiləri dövrü isə dörd ildən beş ilə uzadıldı. Parlament və prezident seçkilərinin hər beş ildən bir eyni vaxtda keçirilməsi qərara alındı. Bundan əlavə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq, Nazirlər Kabinetinin üzvləri artıq qanun layihələri təqdim edə bilməz və bu funksiya parlament üzvlərinə həvalə olundu.[50]
2018-ci ildəki dəyişikliklərdən sonra Türkiyədə qanunvericilik və icra hakimiyyəti qolları arasındakı münasibətlər sistemi Prezident idarəetmə sisteminə xas xüsusiyyətlərlə yanaşı, həm də müəyyən fərqli cəhətlər nümayiş etdirir. Məsələn, həm qanunvericilik, həm də icra orqanlarının eyni gündə keçirilən seçkilər yolu ilə müəyyən edilməsi, müəyyən siyasi üstünlükləri əks etdirən vahid bir partiyanın hər iki qola hakim olmasına şərait yarada bilər. Prezidentin konstitusiya ilə müəyyən edilmiş səlahiyyət və vəzifələrinin təhlili göstərir ki, icra hakimiyyətinə geniş səlahiyyətlər verilib və bu səlahiyyətlərin bəziləri qanunvericilik nəzarətinə tabe deyil. Dəyişiklik edilmiş sistemə əsasən, Prezident öz kabinetini formalaşdırır, vitse-prezidentləri və nazirləri təyin edir və ya vəzifədən azad edir və bu təyinatlar parlamentin təsdiqini tələb etmir. Büdcə qanunu layihəsi Prezident tərəfindən hazırlanır və Parlament tərəfindən təsdiqlənir. Bununla belə, əgər Parlament büdcə qanununu təsdiqləməzsə, icra hakimiyyəti əvvəlki ilin büdcəsini inflyasiya düzəlişi ilə tətbiq edir.[51]
Türkiyə Prezidenti yüksək səviyyəli təyinatlar edir və bu vəzifələrlə bağlı vəzifə və səlahiyyətləri müəyyən edir. Bu səlahiyyətlər müəyyən konstitusiya məhdudiyyətlərinə, məsələn, əsas hüquqlar, siyasi hüquqlar və Konstitusiyada qanunla tənzimlənməsi nəzərdə tutulan məsələlərlə bağlı məhdudiyyətlərə tabedir. Prezidentin Konstitusiyada göstərilənlərdən başqa məsələlər üzrə fərmanlar vermək səlahiyyəti yoxdur. Prezident fərmanı mövcud qanunlarla ziddiyyət təşkil edərsə, qanunun müddəaları üstünlük təşkil edir. Parlament eyni mövzuda qanun qəbul edərsə, Prezident fərmanı ləğv olunur.[52]
Parlament binaları
[redaktə | vikimətni redaktə et]
İndiyə qədər üç Milli məclis binasından istifadə olunub. Hazırda istifadədə olan bina 1961-ci il yanvarın 6-da açılıb və 1998-ci ildə təmir-bərpa işlərindən keçib.[53]
Milli Məclisin ilk binası
[redaktə | vikimətni redaktə et]
Milli məclisin ilk binası zirzəmi mərtəbəsi üzərində inşa edilmiş, 22x43 m ölçülərində, doqquz otaq və bir böyük zaldan ibarət birmərtəbəli tikili idi. Geniş dam çıxıntıları və fasaddakı iki balkon binaya xüsusi əzəmət və zəriflik qazandırırdı. İstiqlaliyyət müharibəsi dövründə bütün hərbi və siyasi qərarların qəbul edildiyi bu kiçik tikili, 18 oktyabr 1924-cü il tarixinə qədər öz ilkin təyinatına xidmət etmişdir. Hazırda binada İstiqlaliyyat müharibəsi muzeyi fəaliyyət göstərir.
İkinci Milli Məclis binası
[redaktə | vikimətni redaktə et]
TBMM-in ikinci binasının tikintisinə 1923-cü ildə memar Vedat Tekinin layihəsi əsasında başlanılmışdır. Bina çox qısa müddətdə tamamlanaraq 18 oktyabr 1924-cü ildə istifadəyə verilmişdir. İlk binadan təxminən 50 m aralıda yerləşən bu yeni tikili 36 il ərzində istifadədə qalmış və siyasi tariximizdəki bir çox mühüm qərarların şahidi olmuşdur.
Binanın daxili hissəsi zirzəmi səviyyəsindən yuxarıda yerləşən iki mərtəbədən ibarətdir. Baş Assambleya zalı mərkəzdə yerləşir. Yuxarı mərtəbənin tavanı Osmanlı motivləri ilə bəzədilmişdi. Baş Assambleya zalında balkonlar və divar panelləri mövcuddur. Xarici fasad isə möhtəşəm giriş, tağlı keçidlər və karnizlərlə bəzədilmişdi.
Respublikanın ilk illərinə şahidlik etmiş ikinci Milli Məclis binası mühüm tarixi dövr ərzində parlamentin fəaliyyət göstərdiyi məkan olmuşdur. Bu gün o, Cümhuriyyət muzeyi kimi fəaliyyət göstərir.
Hazırkı Milli Məclis binası
[redaktə | vikimətni redaktə et]
Bu gün də istifadədə olan üçüncü TBMM binasının memarı, Ankarada bir çox digər əhəmiyyətli dövlət binalarının da layihəsini hazırlamış avstriyalı memar professor Klemens Holtsmaysterdir. Layihə üzərində memar Ziya Payzın da çalışmışdır.[53]
1961-ci ilin yanvarında istifadəyə verilən bina ağırlıq, davamlılıq və möhkəmlik kimi xüsusiyyətləri önə çıxaran memarlıq üslubuna malikdir. Bu xüsusiyyətlər Türkiyə Respublikasının gücünü və sarsılmazlığını əks etdirmək məqsədi daşıyır. Ölçü baxımından o, dünyanın ən böyük Parlament binalarından biridir.[54]
15 iyul çevriliş cəhdi zamanı bina hava zərbələrinə məruz qalmış[55] və bu hücum müxtəlif fasilələrlə dörd dəfə təkrarlanmışdır. Dörd partiyadan təxminən yüz millət vəkilinin içəridə olduğu və on iki polis əməkdaşının (onlardan ikisi ağır yaralanmışdı) xəsarət alması ilə nəticələnən hücum zamanı binaya ziyan dəymişdi.
Qanunvericilik terminləri
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisi
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisinin tarixi 1920-ci il aprelin 23-də təsis edilməsindən 2023-cü ilə qədər olan dövrü — 28 çağırışı əhatə edir. Çağırışların siyahısı aşağıda təqdim olunub.
| Seçkilər | Qanunvericilik dövrü | Səlahiyyət müddəti | Üzvlərin sayı |
|---|---|---|---|
| 1920 | 1-ci çağırış | 23 Aprel 1920 - 16 Aprel 1923 | 436 |
| 1923 | 2-ci çağırış | 11 Avqust 1923 - 26 İyun 1927 | 333 |
| 1927 | 3-cü çağırış | 1 Noyabr 1927 - 26 Mart 1931 | 335 |
| 1931 | 4-cü çağırış | 4 May 1931 - 23 Dekabr 1934 | 317 |
| 1935 | 5-ci çağırış | 1 Mart 1935 - 27 Dekabr 1938 | 444 |
| 1939 | 6-cı çağırış | 3 Aprel 1939 - 15 Yanvar 1943 | 470 |
| 1943 | 7-ci çağırış | 8 Mart 1943 - 14 İyun 1946 | 492 |
| 1946 | 8-ci çağırış | 5 Avqust 1946 - 24 Mart 1950 | 503 |
| 1950 | 9-cu çağırış | 22 May 1950 - 12 Mart 1954 | 492 |
| 1954 | 10-cu çağırış | 14 May 1954 - 11 Sentyabr 1957 | 537 |
| 1957 | 11-ci çağırış | 1 Noyabr 1957 - 27 May çevrilişi | 602 |
| Müəssislər məclisi (Milli Birlik Komitəsi – Nümayəndələr Palatası) | 6 Yanvar 1961 - 25 Oktyabr 1961 | 38+272 | |
| 1961 | 12-ci çağırış | 25 Oktyabr 1961 - 10 Oktyabr 1965 | 450 |
| 1965 | 13-cü çağırış | 22 Oktyabr 1965 - 12 Oktyabr 1969 | |
| 1969 | 14-cü çağırış | 22 Oktyabr 1969 - 14 Oktyabr 1973 | |
| 1973 | 15-ci çağırış | 24 Oktyabr 1973 - 5 İyun 1977 | |
| 1977 | 16-cı çağırış | 13 Sentyabr 1977 - 12 Sentyabr çevrilişi | |
| Müəssislər məclisi (Milli Təhlükəsizlik Şurası – Məşvərətçi Məclisi) | 23 Oktyabr 1981 - 6 Dekabr 1983 | 5+160 | |
| 1983 | 17-ci çağırış | 24 Noyabr 1983 - 16 Oktyabr 1987 | 400 |
| 1987 | 18-ci çağırış | 14 Dekabr 1987 - 1 Sentyabr 1991 | 450 |
| 1991 | 19-cu çağırış | 14 Noyabr 1991 - 4 Dekabr 1995 | |
| 1995 | 20-ci çağırış | 8 Yanvar 1996 - 25 Mart 1999 | 550 |
| 1999 | 21-ci çağırış | 2 May 1999 - 1 Oktyabr 2002 | |
| 2002 | 22-ci çağırış | 14 Noyabr 2002 - 3 İyun 2007 | |
| 2007 | 23-cü çağırış | 23 İyul 2007 - 23 Aprel 2011 | |
| 2011 | 24-cü çağırış | 28 İyun 2011 - 23 Aprel 2015 | |
| 2015 (İyun) | 25-ci çağırış | 23 İyun 2015 - 1 Oktyabr 2015 | |
| 2015 (Noyabr) | 26-cı çağırış | 17 Noyabr 2015 - 16 May 2018 | |
| 2018 | 27-ci çağırış | 7 İyul 2018 - 7 Aprel 2023 | 600 |
| 2023 | 28-ci çağırış | 2 İyun 2023 - günümüz | |
Respublika Senatı
[redaktə | vikimətni redaktə et]15 oktyabr 1961 - 12 sentyabr 1980-ci illər arasında "Milli Assambleya" və "Respublika Senatı"ndan ibarət iki palatalı qanunverici orqan kimi fəaliyyət göstərmişdir.
| Regional qruplar | Seçkilər | Səlahiyyət müddəti | Seçilmiş üzvlərin sayı |
|---|---|---|---|
| A | 1961 | 15 Oktyabr 1961 - 2 İyun 1968 | 50 |
| 1968 | 2 İyun 1968 - 5 İyun 1977 | 53 | |
| 1977 | 5 İyun 1977 - 12 Sentyabr 1980 | 50 | |
| B | 1961 | 15 Oktyabr 1961 - 2 İyun 1966 | 50 |
| 1966 | 5 İyun 1966 - 12 Oktyabr 1975 | 52 | |
| 1975 | 12 Oktyabr 1975 - 12 Sentyabr 1980 | 54 | |
| C | 1961 | 15 Oktyabr 1961 - 7 İyun 1964 | 50 |
| 1964 | 7 İyun 1964 - 14 Oktyabr 1973 | 51 | |
| 1973 | 14 Oktyabr 1973 - 14 Oktyabr 1979 | 52 | |
| 1979 | 14 Oktyabr 1979 - 12 sentyabr dövlət çevrilişi | 50 |
Türkiyə Parlamentində çıxış etmiş xarici liderlər
[redaktə | vikimətni redaktə et]Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası zaman-zaman xarici ölkələrin yüksək vəzifəli şəxslərini qəbul edir.[56] Bununla belə, burada tətbiq olunan protokol vəziyyətdən asılı olaraq dəyişə bilər. Xarici qonağın çıxış etməsi üçün Baş Assambleyanın qərarı tələb olunur. Bununla belə, tətbiq olunan protokol şəraitdən asılı olaraq dəyişə bilər. Yüksək vəzifəli şəxslərin çıxış etməsi üçün Baş Assambleyanın qərarı tələb olunur.[57]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "TBMM BAŞKANI". 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2026.
- ↑ Türkiye Büyük Millet Meclisi
- ↑ TÜRKİYE CUMHURİYETİ ANAYASASI
- ↑ ANAYASA MAHKEMESİ KARARI
- ↑ ASLÎ KURUCU İKTİDAR - TALİ KURUCU İKTİDAR AYRIMI
- ↑ ANAYASA MAHKEMESİ KARARLARI IŞIĞINDA “YOKLUK” YA DA “YOK İŞLEM”
- ↑ ASLÎ KURUCU İKTİDAR - TALİ KURUCU İKTİDAR AYRIMI: TBMM YENİ BİR ANAYASA YAPABİLİR Mİ?
- ↑ "TBMM'DE SİYASİ PARTİ GRUBU KURMA SÜRECİ." 28 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ "Milletvekili Personeli El Kitabı"
- ↑ Türkiye Büyük Millet Meclisi
- ↑ "Meclis'te en yaşlı üye geleneğinin ilk temsilcisi: Şerif Bey". 27 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ "TBMM Başkanlık Divanı". 28 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ "Türkiye Cumhuriyeti Anayasası".
- ↑ "Milletvekilleri Seçimi Kanunu" (PDF). 27 iyul 2026 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 iyul 2026.
- ↑ "Türkiye Büyük Millet Meclisi. Kuruluş ve Gelişim". 13 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ TÜRKİYE BÜYÜK MİLLET MECLİSİ İÇTÜZÜĞÜ
- ↑ "Yasama Dergisi, Sayı:44, s.20".
- ↑ MECLİS-i MEB‘ÛSAN
- ↑ 1876 TARĐHLĐ KANUN-I ESASĐ’DE YÜRÜTME ORGANI
- ↑ "Osmanlı Meclis-i Mebusanı'nda Ara Seçimler (1908-1912 Dönemi)".
- ↑ "MECLİS-i MEB'ÛSAN".
- ↑ İngiliz Belgelerinde (I) İstanbul’un İşgali (16 Mart 1920)
- ↑ "TÜRK PARLAMENTO TARİHİ"
- 1 2 3 4 5 6 7 8 9 10 TURK PARLAMENTO TARİHİ I. DONEM
- ↑ TÜRK PARLAMENTO TARİHİ"
- ↑ Amasya Tamimi
- ↑ "Müdafaa-i Hukuk Cemiyeti'nden Halk Fırkasına Geçiş"
- ↑ İLK TBMM BİNASI VE SİNOP VEKİLİ MEHMET ŞERİF BEY'İN MECLİS FAALİYETLERİ - Muzaffer YARDIMCI.
- ↑ ATATÜRK'TEN ŞENTOP'A 100 YILDA 29 MECLİS BAŞKANI
- 1 2 3 4 TÜRK PARLAMENTO TARİHİ 6. DÖNEM
- ↑ Imperial Bending of Rules: The British Empire, the Treaty of Lausanne, and Cypriot Immigration to Turkey
- ↑ Opposition
- ↑ "Türkiye, ilk çok partili demokrasi sınavını 21 Temmuz 1946 seçimlerinde verdi". 22 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2026.
- ↑ "Turkey under the Democrats, 1950–60".
- 1 2 TÜRK PARLAMENTO TARİHİ 7.DÖNEM 1.CİLT
- ↑ T.C Resmî Gazete KANUN. TÜRKİYE CUMHURİYETİ ANAYASASI
- ↑ "Türk Anayasa Hukuku".
- ↑ Kanun TÜRKİYE CUMHURİYETİ ANAYASASI
- ↑ "24 Ekim 1981 tarihli Cumhuriyet gazetesi: DANIŞMA MECLİSİ TÖRENLE AÇILDI"
- ↑ "8 Kasım 1982 tarihli Cumhuriyet gazetesi: Yeni Anayasa ile yeni bir dönem Evren Cumhurbaşkanı"
- ↑ "Erdoğan grup toplantısında Gül'ün ismini açıkladı". Milliyet.
- ↑ "Meclis'te 368 kişi var iddiası".
- ↑ Cumhurbaşkanlığı seçiminin ilk turu iptal
- ↑ "Anayasa değişiklik paketi bugün yayımlandı, referandum süreci başladı".
- ↑ "Anayasa değişikliği paketi kabul edildi".
- ↑ Sezer'den veto". Milliyet.
- ↑ 5+5 yasası aynen kabul"
- ↑ "Referandumdan "Evet" çıktı". Sabah.
- ↑ "AKP under pressure: failed coup attempt, crackdown on dissidents, and economic crisis".
- ↑ "Meclis yeni sisteme hazır: Bakanlar Kurulu sıraları kaldırıldı".
- ↑ "CUMHURBAŞKANLIĞI HÜKÜMET SİSTEMİNDE YASAMA-YÜRÜTME İLİŞKİSİ VE BU SİSTEMİN TÜRKİYE DEMOKRASİSİNE ETKİLERİ"
- ↑ "Görev ve Yetkiler".
- 1 2 "TBMM Binaları"
- ↑ THE CONSTITUTIONAL TRADITION AND PARLIAMENTARY LIFE
- ↑ TBMM kampüsüne iki bomba atıldı!
- ↑ Söz Alan Yabancı Devlet Adamları Listesi
- ↑ Türkiye Büyük Millet Meclisindeki Yerleşik Uygulamalar