Electric Fields
| Electric Fields | |
|---|---|
| Electric Fields | |
| | |
| Əsas məlumatlar | |
| Üslub | xalq mahnısı, elektronik musiqi, soul |
"Electric Fields" — vokalist Zaakaray Fildinq və klavişçi-prodüser Maykl Rosdan ibarət Avstraliya elektron musiqi dueti. Qrup müasir elektron souldan ibarət musiqi üslubunu yerli aborigen mədəniyyətinin elementləri ilə birləşdirir, mahnılarını isə pityantyatya, yankunitatya və ingilis dillərində ifa edir. Kollektiv "One Milkali (One Blood)" adlı kompozisiya ilə 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil etmişdir.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Zaakaray Fildinq 2011-ci ildə "The X Factor Australia" televiziya şousunun üçüncü mövsümünün seçim turlarında iştirak edərək Treysi Çepmenin "Talkin' Bout a Revolution" mahnısını ifa etmişdir. Maykl Ros isə 2013-cü ildə eyni layihənin beşinci mövsümünün dinləmələrinə qatılmış və Fil Kollinsin "You Can't Hurry Love" mahnısı ilə çıxış etmişdir.
"Electric Fields" adı altında duet 2015-cü ildə formalaşmışdır. Onların musiqi fəaliyyəti pop, soul və elektron musiqi janrlarını özündə birləşdirir. 2016-cı ilin iyun ayında qrup özünün ilk mini-albomu olan "Inma"nı buraxmışdır ki, bəstənin adı da ananqu qadınlarının mədəni ritual mərasimindən götürülmüşdür.[2]
Yarımdünya miqyasında tanınmağa başlayan "Electric Fields" elə həmin il Cənubi Avstraliyanın gələcək vəd edən musiqiçilərinə təqdim olunan "Emily Burrows Award" mükafatına layiq görülmüşdür.[3][4]
2017-ci ildə qrup ölkədə ilin ən yaxşı yeni istedadı elan edilmişdir.[5]
2018-ci ildə "Electric Fields" qrupunun 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil etmək məqsədilə təşkil edilən "Eurovision – Australia Decides" adlı milli seçim turunda iştirak edəcəyi açıqlanmışdır.[5] Kollektiv yarışmada "2000 and Whatever" mahnısı ilə çıxış edərək ikinci yeri tutmuşdur.[6]
2020-ci ildə duet Norveçin "KEiiNO" qrupu ilə birlikdə "Would I Lie" adlı ortaq bəstəni təqdim etmişdir.[7]
2021-ci ildə "Electric Fields" "Warner Music Australia" şirkəti ilə qlobal müqavilə imzalamış və "Gold Energy" sinqlını işıq üzü gördürmüşdür.[8]
2022-ci ildə qrup "Catastrophe" adlı növbəti mahnısını dinləyicilərə təqdim etmişdir.[9]
2023-cü ildə "Electric Fields" tərəfindən buraxılan "We The People" kompozisiyası "WorldPride" festivalının rəsmi musiqi mövzusu olmuşdur.[10]
5 mart 2024-cü il tarixində qrupun "One Milkali (One Blood)" mahnısı ilə 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil edəcəyi bəyan edilmişdir. Bu bəstənin mətninin müəyyən bir qismi yankunitatya dilində yazılmışdır.[11]
7 may 2024-cü il tarixində müsabiqənin birinci yarımfinal mərhələsində səhnəyə çıxan qrup böyük finala vəsiqə qazana bilməmişdir.[12]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Electric Fields to represent Australia in Malmö". eurovision.tv (ingilis). 5 mart 2024. 5 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2024.
- ↑ "Electric Fields: Don't try putting us in a box". Sydney Morning Herald. 2 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ "IY2019: Saving language through Dreaming story". Department of Infrastructure, Transport, Regional Development and Communications. 3 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ "Emily Burrows Award recipients hit WOMADelaide". APRA Amcos. 2 fevral 2019 tarixində orijinalından arxivləşdirilib.
- 1 2 "Electric Fields to compete for Eurovision place". SBS. 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ "Kate Miller-Heidke reigns supreme at Australia Decides". Aussievision. 20 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ "KEiiNO & Electric Fields release "Would I Lie"". ESC Xtra. 12 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ Langford, Jackson. "Electric Fields sign global deal with Warner Music Australia". The Music Network. 18 noyabr 2021. 19 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2021.
- ↑ "Listen to Electric Fields' brooding new song "Catastrophe"". NME. 18 mart 2022. 20 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2022.
- ↑ Ellie Robinson. "Electric Fields share official WorldPride theme song 'We The People'". NME. 24 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ Jeffery, Yasmin. "Eurovision 2024: Electric Fields to represent Australia at the song contest with One Milkali (One Blood)". ABC News. 7 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2024.
- ↑ "Eurovision 2024 Semi-final 1 Results". Eurovisionworld (ingilis). 7 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2024.