Rmdir
Görünüş
| Rmdir | |
|---|---|
| | |
| Tipi | Komanda |
| Müəllif | Ken Tompson, Dennis Ritçi |
| Əməliyyat sistemi | Unix, Unix bənzəri, Linux, FreeBSD, DOS, Microsoft Windows, ReactOS |
| Platforma | Çarpaz platformalı |
rmdir (ing. Remove directory – Kataloq sil) — Unix, Linux, FreeBSD, DOS, OS/2, Microsoft Windows, ReactOS və s. əməliyyat sistemlərində boş kataloqların (qovluqların) silinməsi üçün istifadə olunan komandadır.[1][2][3] DOS, Microsoft Windows sistemlərində komanda rd olaraq da yazıla bilir.[4]
Sintaksis və Nümunələr
[redaktə | vikimətni redaktə et]rmdir kataloq_adı
Ümumi sintaksis, kataloq_adı ilə verilən kataloq boş olduğu halda onu silir.
Unix seçimləri
[redaktə | vikimətni redaktə et]-p– Həmçinin kataloq yolunda göstərilən valideyn kataloqları da silir.[2][3]-v– Silinən hər kataloqun adını bir-bir ekrana çıxarır.
$ rmdir -p a/b/c
Həm c, həm də a və b kataloqlarını silir.
DOS, OS/2, Windows, ReactOS seçimləri
[redaktə | vikimətni redaktə et]/s– Göstərilən kataloqdan əlavə, həm də onun içərisindəki bütün kataloq və faylları silir. Bu seçim ilə boş olmayan kataloqları da silmək mümkündür.[1][4]/q– Boş olmayan kataloqları sildikdə təsdiq tələb etmir.
> rmdir /s /q \Pictures
Pictures kataloqunun daxilindəki bütün digər kataloq və faylları silir.
Həmçinin Bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 "rmdir - Microsoft Learn". learn.microsoft.com (ingilis). 28 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
- 1 2 "rmdir - FreeBSD Manual Pages". man.freebsd.org. 19 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
- 1 2 "rmdir(1) - Linux manual page". man7.org. 28 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
- 1 2 "rd - Microsoft Learn". learn.microsoft.com (ingilis). 29 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.