Məzmuna keç

Rmdir

Vikipediya, azad ensiklopediya
(Rmdir (Unix) səhifəsindən istiqamətləndirilmişdir)
Rmdir
Tipi Komanda
Müəllif Ken Tompson, Dennis Ritçi
Əməliyyat sistemi Unix, Unix bənzəri, Linux, FreeBSD, DOS, Microsoft Windows, ReactOS
Platforma Çarpaz platformalı

rmdir (ing. Remove directory – Kataloq sil) — Unix, Linux, FreeBSD, DOS, OS/2, Microsoft Windows, ReactOS və s. əməliyyat sistemlərində boş kataloqların (qovluqların) silinməsi üçün istifadə olunan komandadır.[1][2][3] DOS, Microsoft Windows sistemlərində komanda rd olaraq da yazıla bilir.[4]

Sintaksis və Nümunələr

[redaktə | vikimətni redaktə et]
rmdir kataloq_adı

Ümumi sintaksis, kataloq_adı ilə verilən kataloq boş olduğu halda onu silir.

Unix seçimləri

[redaktə | vikimətni redaktə et]
  • -p – Həmçinin kataloq yolunda göstərilən valideyn kataloqları da silir.[2][3]
  • -v – Silinən hər kataloqun adını bir-bir ekrana çıxarır.
$ rmdir -p a/b/c

Həm c, həm də a və b kataloqlarını silir.

DOS, OS/2, Windows, ReactOS seçimləri

[redaktə | vikimətni redaktə et]
  • /s – Göstərilən kataloqdan əlavə, həm də onun içərisindəki bütün kataloq və faylları silir. Bu seçim ilə boş olmayan kataloqları da silmək mümkündür.[1][4]
  • /q – Boş olmayan kataloqları sildikdə təsdiq tələb etmir.
> rmdir /s /q \Pictures

Pictures kataloqunun daxilindəki bütün digər kataloq və faylları silir.

  1. 1 2 "rmdir - Microsoft Learn". learn.microsoft.com (ingilis). 28 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
  2. 1 2 "rmdir - FreeBSD Manual Pages". man.freebsd.org. 19 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
  3. 1 2 "rmdir(1) - Linux manual page". man7.org. 28 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.
  4. 1 2 "rd - Microsoft Learn". learn.microsoft.com (ingilis). 29 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2026.