Məzmuna keç

Vikipediya:Kənd meydanı

Mövzu əlavə et
Vikipediya, azad ensiklopediya
Ən son rəy: 17 saat öncə, Qədir tərəfindən "Etibarlı mənbələr" adlı mövzuda

İstinad şablonları işləmir

[vikimətni redaktə et]

Hər kəsə salam. Dünən axşamdan məqaləni redaktə edərkən pəncərənin yuxarı sol küncündə çıxan istinad şablonları işləmir. Normalda, orada istinad etmək istədiyin mənbə növünü seçərkən pəncərə açılırdı və məlumatları əlavə etmək olurdu. İndi isə pəncərə açılmır. Zəhmət olmasa, texniki bilgisi olan yoldaşlardan biri məsələni həll etməyə kömək edə bilərmi? Hörmətlə, --sefer azeri 17:07, 15 mart 2026 (UTC)Cavabla

@Sefer azeri, RefToolbar qadcetini nəzərdə tutursuz? Nemoralis (müzakirə) 18:13, 15 mart 2026 (UTC)Cavabla
Bu məsələ düzəlməyəcək? İnterfeys admini olduğum üçün özüm də nəsə müdaxilə edib düzəldə bilmirəm. Sousou no Frieren 14:57, 16 mart 2026 (UTC)Cavabla
Nəyin işləmədiyini anlamamışam hələ də. Nemoralis (müzakirə) 15:02, 16 mart 2026 (UTC)Cavabla
RefToolbar EnVikidə problemsiz işləyir, oradan copy-paste etmək olmaz? Qadcetin səhifələrini. Sousou no Frieren 15:04, 16 mart 2026 (UTC)Cavabla
Bəlkə düzəldi elə. Sousou no Frieren 15:05, 16 mart 2026 (UTC)Cavabla
RefToolbar işləyir məndə. Nemoralis (müzakirə) 16:11, 16 mart 2026 (UTC)Cavabla
Mən işlətmirəm, indi yoxladım işləmədi. Siçanı cite web, cite news olanların üstünə klikliyirəm reaksiya yoxdu — Bikar müzakirə 16:20, 16 mart 2026 (UTC)Cavabla
RefToolbarsız istinad əlavə etmək mənə çox çətin gəlir. Sousou no Frieren 16:37, 16 mart 2026 (UTC)Cavabla
Səbəbi bizlik deyilmiş. Phabricator səhifəsini yerləşdirdim girişə. Nemoralis (müzakirə) 17:24, 16 mart 2026 (UTC)Cavabla
Hamıya salam. Gec cavab verdiyimə görə üzr istəyirəm. Hörmətli @Nemoralis, dəyişiklik edilib və indi əvvəlki kimi pəncərə açılmır. Mümkünsə əvvəlki kimi pəncərə ilə etmək olarmı? Hörmətlə, --sefer azeri 08:47, 17 mart 2026 (UTC)Cavabla
@Sefer azeri, @Bikar, @White Demon qadcet artıq işləyir. Nemoralis (müzakirə) 12:40, 17 mart 2026 (UTC)Cavabla
Çox gözəl, çox pakizə! — Bikar müzakirə 12:42, 17 mart 2026 (UTC)Cavabla
Nəhayət. Təşəkkür edirəm. Sousou no Frieren 17:30, 17 mart 2026 (UTC)Cavabla

Vikipediyanın 25 yaşı ilə bağlı loqo təklifi

[vikimətni redaktə et]

Salam. Bildiyiniz kimi bu il Vikipediyanın 25 yaşı tamam oldu. Çərək əsr! Azərbaycanca dil bölməsi 1 il sonra açıldığı üçün bizdə gələn il 25 il tamam olacaq. Bu münasibətlə təklif edirəm ki, bu loqonu (şəkildə) 31 dekabr 2027-ci ilədək carisi ilə əvəzləyək. Hörmətlə, Qədir (müzakirə) 00:39, 17 mart 2026 (UTC)Cavabla

Bizdə də olsun loqo bu formada. Əla təklifdir. 👍👍👍 Hörmətlə, Vikotals (müzakirə) 05:00, 17 mart 2026 (UTC)Cavabla
əla --► Hörmətlə: ChanisCaucasi 05:53, 17 mart 2026 (UTC)Cavabla
Dəyişək, amma 25 illik niyə? 25 yaşlı olmasın? — Bikar müzakirə 12:43, 17 mart 2026 (UTC)Cavabla
Ciddi məsələ deyil, amma bu forma daha təbii gəlir. O, daha çox canlılar üçün istifadə olunmağa üstünlük verilən təbirdir. Bu barədə digərlərinin də fikirləri maraqlıdır. Məsələn, @Toghrul R-nin. Hörmətlə, Qədir (müzakirə) 12:32, 18 mart 2026 (UTC)Cavabla
@Qədir salam. Dizaynı mən də bəyəndim. Yekdillik olsa, loqo və şüarı vektorlaşdırıb müxtəlif versiyalar üçün hazırlaya bilərəm. Toghrul R (m) 08:30, 19 mart 2026 (UTC)Cavabla
fwiw burda maraqli ideyalar da var əkrəm. 15:28, 21 mart 2026 (UTC)Cavabla
Gözəl alınıb. Əziyyətiniz üçün təşəkkür edirəm. Məncə də dəyişdirilsin. --Sura Shukurlu (müzakirə) 10:35, 24 mart 2026 (UTC)Cavabla
  • Hər üç versiyada da (Vector, Vector-2022 və mobil) loqolar dəyişdirildi. Toghrul R (m) 13:37, 17 aprel 2026 (UTC)Cavabla
    @Toghrul R, diqqətiniz üçün təşəkkür edirəm. Bir neçə nüansı diqqətinizə çatdırım. Hələlik gördüklərim bunlardır.
    1. "Login" yeri üçün də qlobuslu loqonu əlavə etmək lazımdır.
    2. Loqonu təklifdə təsvir edilən formada əlavə edək. (Qlobus çıxarılır, həm də "25" təkrarlanır belə olanda. Ənənəvi loqomuz elə olsa da, bu dəfə istisna edək və elə konsensus qəbul etmişik bu müzakirədə.)
    3. Nizamlamalarda hələ də köhnə loqolar görünür. (Həm vektor, həm də vektor-2022 üçün. Envikidə nizamlamalarda həm qlobus, həm də yazılı loqo ilə 25 görünür niyəsə, başqa yeri bilmirəm.)
    4. "Footer" üçün də əlavə etmək lazımdır.
    Hörmətlə, Qədir (müzakirə) 16:52, 17 aprel 2026 (UTC)Cavabla
    1 və 3 onunla bağlıdır ki, yeni loqo bizdə skinlərin css faylları vasitəsilə tənzimlənib (hansılar ki, login & nizamlamalar səhifələrində işləmir), enwikidə –güman ki, phabda iş yaradıblar bununla bağlı– birbaşa mediawiki nastroykalarından əkrəm. 16:59, 17 aprel 2026 (UTC)Cavabla
    Sonradan əlavə etdiyim 4-ü yəqin ki dəyişmək olar. Digərləri üçün iş aça bilərik. Məncə ikini də mobil kimi sadə şəkildə verməliyik. Hörmətlə, Qədir (müzakirə) 17:01, 17 aprel 2026 (UTC)Cavabla

Wikipedia 25 Turkic Marathon invitation

[vikimətni redaktə et]

Hello. The Wikimedians of Turkic Languages User Group is organizing an editing contest to celebrate Wikipedia’s 25th anniversary by enriching the content of Wikipedia editions in Turkic languages. You are invited to participate in this prize-winning Turkic Marathon, which will take place from April 1 to May 15, 2026! Kurmanbek (müzakirə) 19:18, 31 mart 2026 (UTC)Cavabla

Salam. Uzun müddətdir ki, başqa vikilərdə Azərbaycan haqqında yazılmış, ancaq azvikidə olmayan məqalələri yığıram. Əgər kimsə bu məqalələrlə maraqlanar deyə, siyahını burada təqdim edirəm.

--가웨인 (müzakirə) 05:35, 6 aprel 2026 (UTC)Cavabla

Hazırda Dulusçuluq məqaləsinin 95%-i elə Azərbaycanda dulusçuluq (en:Pottery in Azerbaijan) haqqındadır. Onu bölmək lazım olacaq. --Мурад 97 (müzakirə) 09:00, 9 aprel 2026 (UTC)Cavabla
@Мурад 97 ilə razıyam. samral müzakirə 04:39, 26 aprel 2026 (UTC)Cavabla

Adlandırma standartı barədə

[vikimətni redaktə et]

Salam. Bizdə "2026 İran müharibəsi", "2024 BMT-nin İqlim Dəyişmələri Konfransı", "2025–2026 İran etirazları" kimi yazılışlar niyə səhv qəbul edilməlidir? Axı "2015 Avropa Oyunları", "2025 MDB Oyunları", "2015 Avroviziya Mahnı Müsabiqəsi", "2025 WMF Dünya Kuboku", "2020/2021 UEFA Millətlər Liqası", "2024/2025 Azərbaycan Kuboku" kimi yazılışlar zatən var. İndi "2026 İran müharibəsi" yerinə "İran müharibəsi (2026)" qeyd edəndə o artıq mövzunun adı olmur, olur məqalənin dəqiqləşdirmə ilə adı; mövzu 2026 İran müharibəsidir. Buna görə də, təklif edirəm ki, bir standart yaradaq və bu məqalələri o istiqamətdə səciyyələndirək. Dilçiliklə əlaqəli olduğunu bildiyim @Мурад 97, @Toghrul R kimi istifadəçilərin fikirləri mənə xüsusilə maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 05:58, 7 aprel 2026 (UTC)Cavabla

Salam. Tədbirlər haqqında məqalələrdə mütləq həmin tədbirlərin rəsmi adlarını yazmalıyıq (məs. 2026 Qış Olimpiya Oyunları). Məncə, bu ayrı bir məsələdir. Hadısələrin adlarını isə Azərbaycan dilində ən yayımlanmış adları altında yazmaq daha düzgün olacaq, mötərəzilər isə bu cür dəqiqləşdirmələr üçün qalsın (məs. Gəncənin mühasirəsi (1734)).  Bu imzasız yazı Мурад 97 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 08:14, 7 aprel 2026 (UTC)Cavabla
Bəs "2024 BMT-nin İqlim Dəyişmələri Konfransı" o tipdən deyil? Bir qayda hazırlamaq olar; mənbə deyiriksə, konkret 2026 İran müharibəsindən danışsaq, ingiliscə mövzunu "Iran war" və digər formalarda əhatə edən mənbələr də var (təkcə bu məqalə ilə məhdudlaşmır). Əslində tarixi əlavə kimi özümüz qoymalıyıq. Təbii ki, istisnalar da var. Envikidə maraqlanmaq lazımdır bu barədə. Yazılışın dilimizin qaydalarına zidd olub-olmaması barədə konkret bir şey demədiniz. Hörmətlə, Qədir (müzakirə) 12:24, 7 aprel 2026 (UTC)Cavabla
Burda qayda pozuntusunu görmürəm (göstərdiyiniz bütün nümunələri nəzərdə tuturam), məncə bu üslub məsələsidir. Qeyd etdiyiniz tədbirin rəsmi adı bu formada verilir: 2024 United Nations Climate Change Conference. Yəni, "2024 BMT-nin İqlim Dəyişmələri Konfransı" forması daha uyğundur (və bu yenə də hər hansı konkret bir dil qaydası məsələsi ilə yox, tərcümə norması ilə bağlıdır), nəyinki indiki adı (BMT-nin İqlim Dəyişmələri Konfransı (2025)). Qayda ilə bağlı isə tək şərhim odur ki, tədbirlər üçün bir norma olsun, olaylar üçün isə başqa norma.--Мурад 97 (müzakirə) 13:07, 7 aprel 2026 (UTC)Cavabla
Qədir, bu, türkcədir, azərbaycanca yox. Heç kəs Azərbaycan dilində "iki min iyirmi altı İran müharibəsi" demir, uzağı "2026-cı ildə İranda müharibə", bu da dəxlisiz görünür --► Hörmətlə: ChanisCaucasi 20:05, 14 aprel 2026 (UTC)Cavabla
Mənim həm də diqqət çəkmək istədiyim bir məsələ odur ki, bu cür yazılış səhv deyil. Hörmətlə, Qədir (müzakirə) 05:32, 10 aprel 2026 (UTC)Cavabla
Salam, Fikrimcə, əgər azı iki fərqli müharibədən söhbət gedirsə, "2026 İran müharibəsi" adı "İran müharibəsi (2026)" adından daha yaxşıdır. Müəllif də qeyd etdiyi kimi, (2026) əlavəsi, artıq dəqiqləşdirmə kimi gedir. Adlarla bağlı mövzü açılmışkən bir əlavə də mən edim. Futbol mövsümlərini təklif edirəm ki, "2023/2024" kmi yox, "2023-24" olsa daha yaxşıdır. --Memmedli Farid 11:42, 27 aprel 2026 (UTC)Cavabla
Adlandırmada onu da nəzərə almalıyıq ki, istifadəçilər bəzən hadisənin tarixini və ya ilini dəqiq xatırlamırlar. Məsələn, hadisənin 2014 yoxsa 2015-ci ildə baş verdiyini səhv sala bilərlər. Lakin hadisənin mahiyyətini və əsas adını bildikləri üçün axtarış zamanı daha çox əsas hissəni yazırlar. Buna görə də məqalə adlandırılarkən istifadəçinin axtardığı məqaləni rahat tapa bilməsi məsələsi də nəzərə alınmalıdır Atakhanli (müzakirə) 16:43, 28 aprel 2026 (UTC)Cavabla
Atakhanli , razıyam müəllim. Fikrimcə stiuasiyaya görə dəyişir bu məsələ. --Memmedli Farid 18:14, 28 aprel 2026 (UTC)Cavabla
@Atakhanli, bunun üçün dəqiqləşdirmə səhifələri var, bəy. Əsas adı veririk ora bitir, istədiyi mövzunu rahat tapır. Hörmətlə, Qədir (müzakirə) 21:47, 28 aprel 2026 (UTC)Cavabla

Bürcləri adlandırılması

[vikimətni redaktə et]

Salam. Şablon:Zodiak bürcləri. Təklif edirəm ki, bütün məqalələri bir standarta uyğunlaşdırma üçün (bürc), (astrologiya) və (astronomiya) dəqiqləşdirmələrindən istifadə edək.
Müasir 88 bürc, (bürc) olaraq adlandırılıb:Şablon:Bürclər. Azərbaycanca bürc sözü daha çox 12 zodiak bürc üçün istifadə olunur.
Mən təklif edirəm ki, bu 88 bürcü (astronomiya), 12 zodiak bürcünün məqaləsini (hansı ki əlavə 12 məqalədir) (astrologiya), üst-tüstə düşən 12 məqalənin dəqiqləşdirmə səhifəsini isə (bürc) olaraq dəqiqləşdirək. Alternativ təklifiniz varsa buyurun. — Bikar müzakirə 11:48, 11 aprel 2026 (UTC)Cavabla

Etibarlı mənbələr

[vikimətni redaktə et]

Salam həmkarlar. Bizdə Vikipediya:Etibarlı mənbələr hələ hazırlanmayıb bu öz yerində. Bundan əlavə digər vikilərdə. Məsələn trviki üzərindən gedək. Müzakirə olunmuş mənbələrlə bağlı ayrıca bölmə bir. Azvikidə əgər mənbənin etibarlılığı şübhə doğurursa bu kənd meydanında müzakirə olunmalıdı. Nəticə isə yenə kənd meydanında qalır (əgər həmin sayt blacklistə alınmırsa). Mən də təklif edirəm ki, eyni formada bir siyahımız olsun.

Nəyə lazımdır düşünürsünüzsə elə qebulol.az saytının mənbə kimi istifadəsini müzakirə etməklə başlaya bilərik — Bikar müzakirə 09:45, 17 aprel 2026 (UTC)Cavabla

@QədirBikar müzakirə 19:50, 7 may 2026 (UTC)Cavabla
Görmüşəm bunu, həm etibarlı, həm də etibarsız mənbələri filterimizdən keçirib yekun rəy verə bilərik, bəli. Bunun üçün ayrıca səhifə yaratmaq lazımdır, vaxt edib yaradaram. Bu barədə mən vaxtilə 2 il əvvəl təklif vermişdim bir dəfə. Dediniz "lazım deyil", mən də üstünə düşmədim. Hörmətlə, Qədir (müzakirə) 19:56, 7 may 2026 (UTC)Cavabla
Aktivlikdə artım yoxdu amma digər problemlər azalıb. O vaxt sənin təklifin 0-dan yaratmaq idi (envikiyə keçidi sonra vermisən), indiki hazır sistemi uyğunlaşdırmaqdı — Bikar müzakirə 20:02, 7 may 2026 (UTC)Cavabla
Olmayan şeyi yaratmaq sıfırdan yaratmaqdır da zatən. Onsuz bir çox şeyi ingiliscədən tərcümə etdiyimiz sirr deyil. Hörmətlə, Qədir (müzakirə) 20:06, 7 may 2026 (UTC)Cavabla

Fəaliyyətimin 1 illiyi

[vikimətni redaktə et]

Hörmətli həmkarlar, salam. Kənd meydanında belə bir şəxsi qeydi paylaşdığım üçün əvvəlcədən üzrlü sayın. Sadəcə, mənim üçün əlamətdar olan bir günü sizinlə bölüşmək istədim.

Bu gün Vikipediyada fəaliyyətimin 1 ili tamam olur. 24 aprel 2025-ci ildə başladığım bu yolda artıq bir ili geridə qoymuşam. Bu müddət ərzində müxtəlif mövzularda məqalələr yaratmağa, mövcud məqalələri inkişaf etdirməyə və ümumilikdə ensiklopediyanın keyfiyyətinə töhfə verməyə çalışmışam. Eyni zamanda, bu proses mənim üçün böyük bir öyrənmə mərhələsi olub. Mənbələrlə düzgün işləmək, daha dəqiq və neytral yazmaq, qaydalara uyğun fəaliyyət göstərmək kimi bir çox vacib bacarıqlar əldə etmişəm.

Bu yolda mənə dəstək olan, məsləhətlər verən, səhvlərimi düzəltməkdə kömək edən və ümumilikdə birgə fəaliyyət göstərdiyim bütün həmkarlara səmimi təşəkkürümü bildirirəm. Sizin töhfələriniz və münasibətiniz mənim üçün çox dəyərlidir. Nə yaxşı ki, Vikipediya ailəsinə qoşulmuşam. Bu bir il mənim üçün çox şey öyrəndiyim dəyərli bir təcrübə oldu. Hörmətlə, Javid (müzakirə) 21:31, 24 aprel 2026 (UTC)Cavabla

İlk dəfədir sizi görürəm. Fəaliyyətinizdə uğurlar. Moses :) 21:46, 24 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm. Mən 2025-ci ildən fəaliyyət göstərirəm. Ola bilsin fəaliyyət tarixçənizdə fasilələr olduğu üçün ilk dəfə görürsünüz. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Javid (müzakirə) 21:53, 24 aprel 2026 (UTC)Cavabla
Təbriklər! Nemoralis (müzakirə) 22:10, 24 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm @Nemoralis bəy. Həm şərhiniz üçün, həmdə indiyə kimi dəvam edən dəstəyiniz üçün. Hörmətlə, Javid (müzakirə) 22:15, 24 aprel 2026 (UTC)Cavabla
təbrik edirəm, uğurlar arzulayıram Atakhanli (müzakirə) 12:15, 25 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm @Atakhanli bəy. Hörmətlə, Javid (müzakirə) 14:30, 25 aprel 2026 (UTC)Cavabla
Təbriklər @Javid bəy uğurlar arzulayıram sizə. Hörmətlə, Vikotals (müzakirə) 15:55, 25 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm @Vikotals bəy. Hörmətlə, Javid (müzakirə) 16:02, 25 aprel 2026 (UTC)Cavabla
mənim məqaləmi də dəyərləndirə bilərsiniz Günel (Yusif) Məmmədova (müzakirə) 20:37, 25 aprel 2026 (UTC)Cavabla
işlərinizdə fasiləsiz uğurlar Günel (Yusif) Məmmədova (müzakirə) 20:37, 25 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm @Günel (Yusif) Məmmədova. Hörmətlə, Javid (müzakirə) 20:41, 25 aprel 2026 (UTC)Cavabla
Təbrik edirəm bəy, uğur olsun --► Hörmətlə: ChanisCaucasi 15:06, 30 aprel 2026 (UTC)Cavabla
Təşəkkür edirəm @ChanisCaucasi bəy! Hörmətlə, Javid (müzakirə) 16:23, 30 aprel 2026 (UTC)Cavabla

"Rolbaker"lər

[vikimətni redaktə et]

Salam. Hesab edirəm ki, bu istifadəçi qrupunun adı daha anlaşıqlı şəkildə təqdim olunmalıdır. İlk növbədə, Azərbaycan dilində "rolbaker" sözü (termini) mövcud deyil və yalnız Vikipediya mühitinə yaxşı bələd olan istifadəçilər üçün anlaşıqlıdır. Bu baxımdan təklif edirəm ki, qrupun adı funksiyasını daha açıq ifadə edən variantla əvəz edilsin. Məsələn, "Geri qaytaranlar", "Geri qaytarıcılar" və ya bunlaraa bənzər bir ad. Bu həm terminoloji baxımdan daha uyğun olar, həm də onun hər kəs tərəfindən başa düşülməsini asanlaşdırar. – Toghrul R (m) 15:49, 30 aprel 2026 (UTC)Cavabla

Yaxşı təklifdir. "Geri qaytaranlar" yaxşı olardı. Araz Yaquboglu (müzakirə) 15:53, 30 aprel 2026 (UTC)Cavabla
Məndə bu təklifi dəstəkləyirəm. Geri qaytarıcılar adlandırılsın. Hörmətlə, Vikotals (müzakirə) 16:45, 30 aprel 2026 (UTC)Cavabla
“Bu istifadəçi Azərbaycanca Vikipediyada geri qaytarandır”. Atakhanli (müzakirə) 06:25, 2 may 2026 (UTC)Cavabla
Hərfi tərcüməsi eyni şeydi onsuz. Hörmətlə, Qədir (müzakirə) 20:33, 6 may 2026 (UTC)Cavabla
Mən dəstəkləmirəm. Bu dəfə lüğətə təzə söz girsin — Bikar müzakirə 08:09, 2 may 2026 (UTC)Cavabla
Biraz daha fərqli ad olsa daha yaxşı olardı. Çünki normal geri qaytarmaq (undo) hamıda var. Nemoralis (müzakirə) 02:41, 7 may 2026 (UTC)Cavabla

Qadcet adı təklifi

[vikimətni redaktə et]

Salam hamıya. Çoxdandır ki, çoxfunksiyalı, köməkçi bir qadcet (Twinkle kimi) fikri var ağlımda və bunun üzərində işləməyə başlamaq istəyirəm. Qadcetdə hal-hazırda Twinkle-da olan funksiyalar və bəzi digər qadcetlərdə olan (hansı ki, dağınıq formadadır, hərəsi bir qadcetdədir) funksiyalar mövcud olacaq, fərqli istifadəçi hüquqları üçün fərqli funksiyalar olacaq. Tək əmin olmadığım şey qadcetin adıdır. Ağlımda bəzi ideyalar var amma yenə də burada fikirlərinizi soruşmaq əla olardı. Mənim ağlımda ad olaraq Qələmqabı qoymaq var, həm ad olaraq sadədir, həm qadceti ən yaxşı təsvir edən addır, həm də qadcet üçün ikon hazırlamaq asan olacaq. Fikirləriniz maraqlıdır. Nemoralis (müzakirə) 20:21, 30 aprel 2026 (UTC)Cavabla

Qələmqabı yaxşı ad deyil. Sousou no Frieren 07:36, 2 may 2026 (UTC)Cavabla
White Demonla razılaşıram — Bikar müzakirə 08:13, 2 may 2026 (UTC)Cavabla
Yeni təkliflərə açığam. Nemoralis (müzakirə) 02:38, 7 may 2026 (UTC)Cavabla